Səfir: "Çexiyada QHT-lərin fəaliyyəti
ölkənin rəsmi mövqeyini əks etdirmir"
QHT-lərin fəaliyyəti Çexiyanın dövlət orqanlarının nəzarəti altında deyil və ölkənin rəsmi mövqeyini əks etdirmir. Bu barədə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Batumidə Azərbaycan və Çexiyanın vətəndaş cəmiyyətləri nümayəndələri arasında baş vermiş insidenti şərh edərkən deyib.
Batumidə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı şərçivəsində vətəndaş cəmiyyəti forumundakı görüşdə Çexiya və Azərbaycanın nümayəndə heyətləri arasında insident baş verib. Çexlərin Azərbaycanda insan haqlarının pozulmasına dair plakat qaldırmaları Azərbaycan nümayəndə heyətinin hiddətinə səbəb olub.
İnsident görüşün təşkilatçıları tərəfindən aradan qaldırılıb.
Səfirin sözlərinə görə, Çexiya hökumətinin həqiqətən də QHT-lərin fəaliyyəti ilə əlaqəsi yoxdur.
F.Şəfiyev bildirib ki, iki ölkə arasında münasibətlərdə hazırda artım müşahidə olunur.
Batumidə keçirilən illik forumda "Şərq Tərəfdaşlığı" ölkələrinin - Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Ukraynanın nümayəndələri, eləcə də Aİ ölkələrinin QHT-ləri iştirak edirlər. İştirakçılar Avrointeqrasiya və Aİ-nin şərq qonşuluğunda təhlükəsizlik məsələlərini müzakirə edirlər.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50