Xankəndində Kəlbəcər girovlarının növbəti "məhkəmə prosesi" keçirilib
12:47 21-11-2014
CƏMİYYƏT
Azərbaycanın işğal altındakı Xankəndi şəhərində kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin növbəti "məhkəmə prosesi" keçirilib. Qondarma ittihamlar səsləndirilən "proses" zamanı guya, girovların üzərindən aşkar olunduğu bildirilən videogörüntülərin nümayişi keçirilib.
Görüntülərdə girovların Kəlbəcərin ətrafında yerləşə kəndləri və hərbi maşınların keçdiyi yolları lentə aldığı iddia olunub. İddiaya görə, Dilqəm Əsgərov videoda "əlimizə nə Azərbaycan, nə də ki, rus dilini bilən erməni donuzu keçib. Onu buraxa bilmərik, çünki gedib yerimiz barədə xəbər verər" deyə bildirir.
Ermənilər yazır ki, saxta məhkəmənin "hakimi" Arkadi Tadevosyanın bu görüntü ilə bağlı ünvanladığı suala cavab verən Dilqəm Əsgərov erməni uşağının onları könüllü müşayiət etdiyini bildirib.
Dilqəm Əsgərov girov düşməsəydi, yenidən Kəlbəcərə gələcəyini və yaxınlarının məzarını müntəzəm ziyarət etməkdə davam edəcəyini bildirib.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00