Ermənilər niyə əl-ayağa düşüb?
İşğalçı ölkə hərbçilərin təcili toplanması bu ölkədə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir
Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında fövqəladə müşavirə keçirilib. İclasda Silahlı Qüvvələrdəki son vəziyyət, peşəkar zabit heyətinin hazırlığının təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Ermənistanın müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi altında keçirilən müşavirədə Silahlı Qüvvələrin Baş qərargah rəisi Yuri Xaçaturov, nazir müavinləri, nazirliyin digər yüksək vəzifəli şəxsləri, idarə rəhbərləri iştirak ediblər.
Müşavirədə hərbi xidmətin təşkilinin yaxşılaşdırılması, hərbi qulluqçuların sosial-məişət, yaşayış şəraitinin yaxşılaşdırılması, həmçinin müdafiə sahəsində qanunvericilik və hüquqi islahatlara dair bir sıra məsələlər müzakirə olunub.
Görünür, erməni hərbçilərin təcili toplanması bu ölkədə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Belə ki, Azərbaycanın qanuni sərhədini pozduğuna görə noyabrın 12-də qoşunların təmas xəttində vurulan vertolyotun hələ də acısını yaşayan ermənilər əl-ayağa düşüblər. Təcili müşavirə keçirən Seyran Ohanyan yaranmış vəziyyətin ölkə üçün narahat doğurduğundan Silahlı Qüvvələrin səfərbər olunmasına, hərbi qulluqçuların sosial-məişət, yaşayış şəraitinin yaxşılaşdırılacağı vədi ilə ölkə daxilində müsbət rəy yaratmağa çalışır. Amma iqtisadi cəhətdən günbəgün sarsılan ölkədə hərbçilərin vəziyyətinin hansı mənbələr hesabına yaxşılaşdırılacağı isə sual doğurur. Belə toplantılar keçirməklə onlar özlərinə təhlükə törədənlərə və qorxu həyəcanı yaradanlara "müharibəyə hazırlaşırıq" mesajını verməyə çalışırlar.
Bu arada Ohanyan növbəti gəvəzəliyi ilə yadda qalıb. Belə görünür ki, valideynləri Ermənistanın indiki müdafiə nazirini pis tərbiyə ediblər. Düzdür, "soldat" üçün nəzakət və tərbiyə heç də vacib olmayıb. Amma bu cür qanmaz adam hətta Ermənistan müdafiə naziri kürsüsünə də yaramır.
Bu, "xadim"in çıxışından bir neçə kəlməni misal çəkək - "Azərbaycanlılar öz tarixlərini bilmirlər", "Bədbəxt Ermənistan insan dili anlamayan qonşularla yanaşı yaşamağa məhkumdur".
Bakıda yaşayan və Azərbaycan vətəndaşı olan on minlərlə erməni insan dilində, yəni Azərbaycan dilində çox gözəl danışırlar. Hətta ermənilərin böyük şairi Sayat Nova əsərlərinin 70 faizini Azərbaycan dilində yazıb, onu erməni dilindən daha poetik və musiqili sayıb.
Tarixə gəldikdə isə biz onu yaxşı bilirik, ən başlıcası isə xatırlayırıq. Qarabağda müharibəni kimin başladığını, Xocalıda dinc sakinləri kimlərin qırdığını və meyitləri kimlərin təhqir etdiyini biz heç zaman unutmayacağıq. 23 il qabaq göyərtəsində Azərbaycan rəhbərlərinin, həmçinin Rusiya və Qazaxıstan sülhməramlılarının olduğu Azərbaycan helikopterini kimlərin vurduğunu da biz həmişə xatırlayacağıq.
Məgər Ağdamdan Şuşaya sərnişin aparan helikopteri necə vurduqlarını unutmaq olar? Biz öz tariximizi yaxşı xatırlayırıq.
Amma sən, özünü "intelligent"adlandıran Ohanyan, vay-şivən salırsan ki, bəs, azərbaycanlılar helikopteri vurmaqla kövrək sülhü pozdular.
Bu, adicə gəvəzəlikdir. Nə qədər ki, Seyran və ona oxşar heyvanlar işğal edilmiş Azərbaycan ərazilərindən çəkilməyəcəklər, heç bir sülh olmayacaq. Əks halda, ermənilərin başqa helikopterləri də vurulacaq, zirehli texnikaları yandırılacaq.
Hiss edilir ki, Ohanyan hirsindən yazır, çünki onun da üzvü olduğu cinayət dəstəsinin ikinci erməni dövləti qurmaq planları alınmadı. Uyğun olaraq, dənizdən dənizə hansısa xəyali böyük Ermənistan ideyası da sabun köpüyü kimi partladı. Buna görə də ermənilərin hərbi naziri qəzəblənir. Hamıya məlumdur ki, qəzəb pis məsləhətçidir.
Yeri gəlmişkən, Ermənistan parlamentində təmsil olunan "İrs" partiyası bir daha Dağlıq Qarabağın tanınması barədə məsələ qadırmayacağını bildirib. Bu barədə dünən partiyanın lideri Raffi Ovannisyan bildirib. Ovannisyan Dağlıq Qarabağın müstəqillik üçün hazır olmadığını vurğulayıb.
Qeyd edək ki, "İrs" partiyası axırıncı dəfə noyabrın 12-də parlamentdə Dağlıq Qarabağın tanınması barədə məsələ qaldırmışdı və əksəriyyət onun təklifinin əleyhinə səs vermişdi.
"İrs"in geriyə addım atması göstərir ki, Ermənistanda artıq Dağlıq Qarabağın nə vaxtsa Azərbaycandan qoparılacağına inam qalmayıb. Buna görə də artıq müxalifət partiyaları da Dağlıq Qarabağ məsələsindən sui-istifadə edərək reytinqlərini qaldırmaq düşüncəsindən əl çəkir.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53