11 partiyanın birliyi YAP-a minnətçi düşüb
Pənah Hüseynlə Mirmahmud Mirəlioğlu hakim partiya ilə danışıqlar üçün yalvarmağa başlayıblar
Məlum olduğu kimi, uzun illər məğlubiyyət sindromu yaşayan müxalifətin artıq təslim olmaqdan başqa yolu qalmır. Buna görə də mümkün qədər hakimiyyətlə münasibətlər qurmağa çalışır.
Xatırladaq ki, noyabrın 12-də KXCP qərargahında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin toplantısında hakimiyyət-müxalifət dialoqu ilə bağlı təşəbbüs irəli sürülməsi son günlərin aktual siyasi hadisələrindən biridir. Məlumat üçün bildirək ki, Mərkəzə daxil olan partiyalardan dördünün (KXCP, ADP, ALDP, AXP) rəhbəri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş təklif ediblər. Bu prosesdə əsas işi Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn həyata keçirir. Artıq YAP-dan bu istiqamətdən olan müraciətlərə də müsbət reaksiya verilib.
"Bir qrup müxalifət partiyası iqtidarla görüş istəyib və təbii ki, görüşəcəklər". Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP)icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. S. Novruzov qeyd edib ki, müxalifətin bir qolu ilə YAP müəyyən məsələlərdə fikir mübadiləsi aparır, görüşləri olur: "Bu, əsasən parlamentdə təmsil olunan partiyalardır. Eyni zamanda YAP-da Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə siyasi partiyalarla əlaqədar komissiya fəaliyyət göstərir ki, bir neçə dəfə əksər siyasi partiyaların iştirakı ilə görüşlər də olub, müxtəlif təkliflər də irəli sürülüb. Bu təkliflər qruplaşdırılıb və onların üzərində hazırda iş gedir. Yeni görüşlərin də olması ilə bağlı məlumat almışam. İqtidar müxalifətlə dialoqa, fikir mübadiləsinə və əməkdaşlığa həmişə hazırdır. Yetər ki, müxalifətin digər qolu da buna hazır olsun".
"Unikal"ın əldə etdiyi məlumata görə, Mirmahmud Mirəlioğlu ilə Pənah Hüseyn YAP rəhbərliyi ilə danışıqlara getmək istəyirlər. Hətta bununla bağlı bir neçə dəfə telefon danışıqları da olub, amma hakim partiyadana müxalifətçilərə konkret söz deyən olmayıb. Buna baxmayaraq, radkiallar yenə də əl çəkmək istəmirlər. Onların dialoqa getmək üçün Siyavuş Novruzova minnətçi düşdükləri də bildirilir. Hər halda, gündüz müxalifət, gecə iqtidar süfrəsində oturanların iç üzü yaxın günlərdə açılacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53