Ukrayna rusları "qarşılamağa" hazırlaşır
"Donetsk Xalq Respublikasının" diversiya qrupunun liderini zərərsizləşdirildi
Ukrayna ordusu Rusiyadan hərbi qüvvələrin sərhədləri keçməsinə dair məlumatdan sonra rusiyapərəst separatistlərə qarşı mümkün döyüşlərə hazırlaşır. publika.az-ın məlumatına görə, Ukrayna ordusu Luqans regionunda müdafiə əməliyyatlarına hazırlıq görür.
"Hazır olmalıyıq. Bizimkilərin artilleriya və qrad raketlərinin hücumlarına məruz qaldığı barədə məlumat almışıq", - 39-cu sıravi əsgər batalyonundan Serqay İva deyib.
Adının Andriy çağırılmasını istəyən kapitan kifayət qədər hərbi sursata malik olduqlarını, lakin əlavə əsgəri qüvvəyə ehtiyac olduğunu bildirib: "Buraya bir neçə gün əvvəl gəlmişik. Qarşı tərəflə hələ ki, heç bir konfliktimiz olmayıb. Lakin burada işləyən kiçik qruplaşmalar var. Təqribən 10 nəfərdən ibarət. Biz belə bir kəşfiyyat məlumatı əldə etmişik."
Onların postu tez-tez rəqib döyüşçülərin atəşinə məruz qalır. Bir gün əvvəl də qrad raketləri atılıb, amma yaralanan olmayıb.
Topçu Vaçeslav hücumlara hazır olduqlarını deyib: "Onlar bizim güclənməyimizə yardım edib. Hər şey çətinləşib. Hücum olsa cavabını verəcəyik".
Kapitan Andriy Slota isə döyüşçülərin yorulduğundan şikayətlənib: "Gözləmək vaxtı deyil. Hərbi yolla məsələ həll edilməli, əsgərlər buraxılmalıdır. Vaxt gəlib çatıb".
Xüsusi təyinatlılar
"Pişik" ləqəbli
terrorçunu həbs etdilər
Bu arada Ukrayna Müdafiə Nazirliyinin əks-kəşfiyyat şöbəsinin əməkdaşları uğurlu əməliyyata imza atıblar. Məlumatı "facebook"dakı səhifəsində Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı Markiyan Lubkivskiy yazıb.
Onun məlumatına görə, xüsusi təyinatlılar qondarma "Donetsk Xalq Respublikasının" diversiya qrupunun liderini zərərsizləşdiriblər.
Maraqlıdır ki, "Rusiçi" adlanan qrupun lideri, 1977-ci il təvəllüdlü, kod adı "Pişik" (Kot) olan şəxs ukraynalı xüsusi təyinatlılar tərəfindən elə qondarma "Donetsk Xalq Respublikasının" nəzarət etdiyi ərazidə ələ keçirilib. Bunun üçün ukraynalı hərbçilər mürəkkəb əməliyyat planı işləyib hazırlayıblar.
Həbs edilən "Pişik"in üstündən topoqrafik xəritə, radiovasitələr, silah və mobil telefonlar aşkarlanıb. Xəritədə Ukrayna ordusunun dislokasiya edildiyi ərazilər və blokpostlar qeyd olunubmuş.
Lubkivskiy uğurlu əməliyyatların davam edəcəyini söyləyib: "Bundan əvvəl "Tambov canavarları" dəstəsini ləğv etdik. İndi isə 20 nəfərlik qruplaşmanın liderini ələ keçirmişik. Onların hamısı Rusiyada, FTX düşərgələrində təlim keçiblər".
Donetskə gedən
humanitar yardım
karvanında
artileriya silahları
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası "humanitar yardım" adı altında Rusiyanın Donetskə hərbi texnika göndərdiyini əks etdirən video yayımlayıb. "Donetsk küçələrində Rusiyanın humanitar yardım adlandrdığı maşın karvanında artileriya silahlarının yedəyə alındlığı görüntülənib" , - Milli Təhlükəsizlik və Müdafiə Şurasının tvitter hesabında qeyd edilib.
"Aydındır ki, humanitar karvanın önündə kedən maşındakı da şokalad deyil", - Şuranın sözçüsü Vladimir Polevoy bildirib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi isə videonu təkzib edib. Nazirlikdən bildirilib ki, 22-23 noyabr tarixlərində Ukrayna ərazisində Rusiyaya məxsus humanitar karvan omayıb.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 15:02:00
