"Əgər ermənilər belə şeyləri qələbə hesab edirlərsə, onda hər gün bir helikopter və 3 zabit göndərsinlər"
09:31 25-11-2014
CƏMİYYƏT
"Əgər ermənilər belə şeyləri qələbə hesab edirlərsə, onda hər gün bir helikopter və 3 zabit göndərsinlər"
Ermənistanda vertolyotun vurulması ilə bağlı ajiotaj yaratmalarına baxmayaraq, reallığı gizlətməyə daha çox resurs sərf olunur
Bu barədə T Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasındakı qarşılıqlı nifrət kontekstində informasiya müharibələrində "Dünya səviyyəli parlaq əməliyyat", "Məharətli əməliyyat"lar ermənilər üçün məcburi tədbirlərdir:
"Amma "Dünya səviyyəli parlaq əməliyyat"ı kimin - "DQR" müdafiə ordusunun xüsusi təyinatlıları" yoxsa, Məlik-Şahnazaryanların keçirdiyini başa düşmək olmur. "Qəhrəmanların" və meyitlərin təntənəli qarşılanma mərasimi nədənsə keçirilmədi. Erməni tərəfinin yaydığı məlumatlar adamın yadına məşhur "İtalyansayağı bank oğurluğu" cizgi filmini salır. Ermənistan prezidenti Serj Sarkisyan vertolyotun mürəkkəb vəziyyətə düşdüyünə görə təmas xəttinə yaxınlaşdığını bildirir. Başqa sözlə, S.Sarkisyan Ermənistan hərbi vertolyotunun Ağdam rayonu ərazisinə şüurlu surətdə daxil olmasını təsdiq etmir. Hərbi təlimlər Ermənistan ordusunun hərbi-texniki vəziyyətinin, döyüş qabiliyyətinin aşağı olduğunu göstərdi. Bəlli oldu ki, Ermənistan ordusu nizam-intizama tabe olmayan bandit toplantısıdır".
M.Əhmədoğlu vurğulayıb ki, 12 vertolyotdan ibarət bu eskadrilyon Ermənistana məxsusdur: "Vertolyotda ölən zabitlərin hamısı Ermənistan vətəndaşlarıdır. Ermənistana məxsus hərbi vertolyotun Ağdam ərazisinə gəlməsi hərbi əmrin yerinə yetirilməsi deyilsə, erməni ordusundakı anarxiyanın göstəricisidir. Hər halda S.Sarkisyan vertolyotun Azərbaycan ərazisinə daxil olmasına əmr vermiş şəxsi cəzalandırmalıdır".
Politoloq hesab edir ki, Ermənistan öz üstünə düşən funksiyanı real dərk etməlidir. Ermənistan real vəziyyəti anlamasını aşağıdakı hərəkətləri ilə Azərbaycanı inandıra bilər:
"1. Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevi dərhal azadlığa buraxmalıdır; 2. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun başlanmasına razılıq verməli və ilk praktiki addımı atmalıdır; 3. Ermənistan rəhbərliyi Böyük Sülh Sazişinin hazırlanmasına razılıq verdiyini rəsmən bəyan etməlidir".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22