Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib
09:32 25-11-2014
CƏMİYYƏT
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə ənənəvi turniri keçirilib. Turnirdə 22 komanda iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Natiq Əliyev oyun iştirakçılarına təbriklə müraciət edib. Rusiyanın azərbaycanlı gəncləri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkür edən N.Əliyev vurğulayıb ki, gənclər cəmiyyətin güclü diasporun formalaşmasında mühüm rol oynayan çevik və dinamik hissəsidir. Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə böyük diqqət yetirilir, gənc nəslin potensialını üzə çıxarmaq üçün hər cür şərait yaradılır. O deyib: "Bu gün Azərbaycan inkişaf dövrü yaşayır. Bu inkişafın əsası müasir müstəqil Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
"Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçısı, "Büllur bayquş" mükafatının sahibi Vladimir Antoxin turnirin aparıcısı olub. Sualları "Nə? Harada? Nə zaman?" oyununun əfsanəvi oyunçusu, "Büllur bayquş" mükafatının sahibi Rövşən Əsgərov təqdim edib.
Turnirdə Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki Universiteti kimi aparıcı ali məktəblərinin Azərbaycan klublarının komandaları iştirak edib. RF Hökuməti yanında Maliyyə Universitetinin və G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin "Sueta" adlı birləşmiş komandası turnirin qalibi olub. Nicat Talıbov, Əkbər Xammədli, Emin İsmayıllov, Vadim Tyurenkov, Miroslav Qridin və Elvin Kərimovdan ibarət komanda bütün oyun ərzində gözəl nəticə göstərib. Qaliblərə RAGB-nin medalları, fəxri fərmanları və pul mükafatları təqdim olunub.
Oyunda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin istər Azərbaycan, istərsə də rus millətindən olan üzvləri iştirak ediblər. Gecənin aparıcısı V.Antoxin AzərTAc-ın müxbirinə müsahibəsində deyib: "İştirakçılar mənim çox xoşuma gəldilər. Yetərincə erudisiyalı və məlumatlı gənclərdir. Beş ballı sistemlə götürsək, sualların çətinliyini dörd balla qiymətləndirmək olar. Hesab edirəm ki, uşaqlar yaxşı oyun göstərdilər".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22