Azərbaycanda snayper kursları bərpa olunur
Azərbaycanda gələn ildən snayper kurslarının yenidən fəaliyyətə başlaması planlaşdırılır
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.
Kurslar SHXÇDX-nin "Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı" MMC-i tərəfindən təşkil olunacaq. Kursların keçirilməsi üçün Cəmiyyətdə müvafiq imkanlar yaradılıb. Təlim silahları və vasitələri alınıb, fənn kabineti hazırlanıb.
Kurslar hərbi qurumların sifarişi üzrə onlara snayper hazırlayacaq. Snayper kursunda Nazirlər Kabinetinin qərarına əsasən 18 yaşadək vətəndaşlar - çağırışçılar iştirak edə bilərlər. Kursu bitirərək sertifikat almış çağırışçılar orduda snayper kimi hərbi xidmət keçəcəklər.
Qeyd edək ki, bundan əvvəl keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin nəzdində snayper kursları mövcud olub. Həmin kurslarda çağırışçılarla yanaşı maraqlı vətəndaşlar da iştirak ediblər.
Xatırladaq ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv olunandan sonra snayper kursları dayandırılıb. Nazirlər Kabinetinin qərarı ilə snayper kurslarının təşkili SHXÇDX-nin "Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı" MMC-nə həvalə olunub.
Digər Xəbərlər
2025-02-26 17:13:56

2025-02-26 17:00:46

2025-02-26 17:00:00

2025-02-26 16:46:18

2025-02-26 16:30:00

2025-02-26 16:11:00

2025-02-26 16:06:57

2025-02-26 16:05:53
.jpg)
2025-02-26 15:44:08

2025-02-26 15:21:43

2025-02-26 15:04:47

2025-02-26 14:42:41

2025-02-26 14:14:14

2025-02-26 14:01:00

2025-02-26 13:57:35

2025-02-26 13:47:03

2025-02-26 13:37:33

2025-02-26 13:23:00

2025-02-26 13:06:17

2025-02-26 13:04:00
