Oqtay Şirəliyevdən şok addım
09:04 26-11-2014
CƏMİYYƏT
Oqtay Şirəliyevdən şok addım
Səhiyyə Nazirliyi niyə hərəkətə keçdi?
Oqtay Şirəliyevin rəhbəri olduğu Səhiyyə Nazirliyi maraqlı bir aksiyaya start verib. Səhiyyəmizə inamın, etimadın səviyyəsini öyrənmək üçün sorğunun keçirilməsinə bu sahədə vəziyyətin görünür, yaxşı olmaması zərurət yaradıb.
Belə ki, Şirəliyevin nazirliyi "Səhiyyəmizə inanırsınızmı" sualı ilə vətəndaşların ona etimadının olub-olmadığını öyrənəcək. Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bakı da daxil olmaqla bir neçə şəhərdə keçirəcəyi soğrudan əldə olunan məlumatları təhlil edəcək və hesabat hazırlayacaq. Anketdəki 30-dan artıq sualda, mövcud səhiyyə sistemindən məmnunluqla bağlı, həkimlərin peşəkarlığına pasiyentin etibar edib etməməsi və s. suallara cavab istənilir.
Tibbi ekspertlər hesab edir ki, burada inamsızlıqdan yox, daha çox tibb xidmətindən narazılıqdan söhbət gedə bilər. Dərmanların qiyməti, tibbi xidmət tariflərinin artması, vətəndaşı narazı salan məqamlardı. İnamsızlıq həm də həkimin qeyri-peşəkarlığı ilə əlaqələndirilir. Yüngül xəstəliklərin belə müalicəsini yaxın qonşu dövlətlərdə axtaran vətəndaşları bəzi həkimlərin uğursuz diaqnostikası, səmərəsiz müalicəsi üz çevirməyə vadar edir. Nə qədər inkişafda olduğu söylənilsə də, bəzi xəstəliklərin müalicəsi, əməliyyatların ölkədə edilməsi mümkün olmadığından xaricə üz tutulur. Bunu müalicə üçün Almaniya, Türkiyə, İsrailə göndərilən bəzi tanınmışların simasında da görmək olar. Bütün məsələlərin həllində yenə icbari tibbi sığortanın tətbiqi durur.
"Nə qədər ki, icbari tibbi sığorta yoxdur - vətəndaşlarımızın hamısı, xüsusilə də imkansız təbəqə xüsusi sosilal müdafiədən məhrum olub. Bu elə ciddi bir narazılığın bir fonudur. Bu gün əhalinin İrana axışmasının əsas səbəbi də məhz maliyyə problemlərilə bağlıdır. Belə ki, İranda müalicə haqqı uçuzdur", - deyə ekspert Adil Qeybulla bildirib.
Ekspertlər bu fikirdədir ki, xəstəxana işi də bəzən düzgün qurulmur. Ödənişlər qəbul edilirsə, bu açıq şəkildə edilməli, qəbzlər təqdim olunmalıdı. Amma vətəndaşdan asılı məsələlər də az deyil. Yalnız ağır durumda, hətta kobud deyilsə, ölüm ayağında həkim yada düşür.
"Hər bir insan heç olmasa ildə bir dəfə "çek-up" müayinədən keçirməlidir. Ən azı ildə bir dəfə, maşını aparıb texasmotr eləyirlər, maliyyəyə qıyırlar, amma özlərinə yox" - deyə tibb elmləri doktoru Gülnarə Sultanqızı vurğulayıb.
Hesab edilir ki, Qərbdən gənc mütəxəssis heyətinin qayıtması, gələcəkdə Azərbaycan səhiyyəsinin yeni bir formada görməyə imkan verə bilər.
Hər bir halda Şirəliyevin nazirliyinin belə bir sorğu keçirməsi yetərincə sensasion addım sayıla bilər. Görünür, Səhiyyə Nazirliyinin rəhbərliyi ictimai rəydə ölkənin səhiyyə sistemi və nazirliyin özü ilə bağlı narazı əhval-ruhiyyədən narahatdır. Bu əhval-ruhiyyəni aradan qaldırmaq üçünsə ilk addım sözügedən sorğunun təşkilidir.
İstisna deyil ki, əgər sorğunun nəticələri sözügedən narahatlığı aydın şəkildə ortaya qoyarsa, biz Oqtay Şirəliyevin rəhbəri olduğu qurumun bu vəziyyəti dəyişmək üçün digər gözlənilməz addımlarının şahidi olacağıq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42