Şirzad Abdullayevin qurumuna sərt ittihamlar
07:57 09-12-2014
SİYASƏT
Şirzad Abdullayevin qurumuna sərt ittihamlar
Kredit götürmək istəyən sahibkarlardan 15 faiz "şapka" tələb edilir?!
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Milli Kömək Fondunun rəhbəri Şirzad Abdullayev ölkədə sahibkarlıq fəaliyyətinə maneə yaradır. istiqlal.az-a daxil olan məlumatlarda bildirilir ki, sahibkarlar bu qurumdakı bəzi qanunsuz tələblər nəticəsində banklardan güzəştli kredit götürmək imkanından məhrumdur.
İddia olunur ki, Şirzad Abdullayevin rəhbərlik etdiyi qurumda sahibkarların kreditə götürmək istədiyi məbləğin 15 faizini "zəhmət haqqı" kimi tələb edirlər.
Bu şərtlə razılaşmayan sahibkar isə kredit götürməkdən məhrum edilir. Müxtəlif bəhanələrlə onun fəaliyyətinə maneə yaradılır.
Bir neçə gün əvvəl şəhid atası Əli Hüseynovun ölkə rəhbərliyinə mətbuat vasitəsilə ünvanladığı müraciətdə yazdıqları redaksiyamıza daxil olan məlumatın əssasız olmadığını göstərir. Şəhid atası diqqətinə çatdırır ki, Şirzad Abdullayev sahibkarlıq fəaliyyəti üçün "Azəriqazbank"dan kredit götürmək istəyən oğlunu müxtəlif bəhanələrlə bu imkandan məhrum edib. Şəhid atası bildirib ki, oğlunun bütün sənədləri qaydasındadır, bank da kredit verilməsinə etiraz etmir, lakin Şirzad Abdullayev prosesə mane olur. Məsələnin kökündə isə 15 faiz "şapka" dayanır. Əli Hüseynovun sözlərinə görə, oğlu "şapka" verməkdən imtina etdiyinə görə kredit götürə bilmir.
Şəhid atası bir maraqlı faktı da diqqətə çatdırıb. O, bildirib ki, Şirzad Abdullayev özünü sığortalamaq üçün tələb etdiyi məbləği hesablayıcı maşına yazaraq sahibkarların qarşısına qoyur. Sahibkarlığa Milli Kömək Fondunun rəhbəri ehtiyat edir ki, onun səsini yaza bilərlər.
Məlumatlarda o da qeyd olunur ki, Şirzad Abdullayevin bu əməllərindən nazir Şahin Mustafayevin də xəbər var.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53