İcra başçılarının qazanc yerlərinə ağır zərbə
11:28 18-12-2014
İQTİSADİYYAT
İcra başçılarının qazanc yerlərinə ağır zərbə
Yerli icra strukturlarının bəzi səlahiyyətləri bələdiyyələrə verilə bilər
Azərbaycanda bələdiyyələrin monitorinqi əsasında onların əldə etdiyi müsbət təcrübənin inkişaf etdirilməsi, mənfi cəhətlərin isə aradan qaldırılması istiqamətində "Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması" adlı 2015-2020 -ci illəri əhatə edən konsepsiya və fəaliyyət proqramının qəbul edilməsinə ehtiyac var.
Bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, Azərbaycanın imza atdığı beynəlxalq konvesiyalara görə, bələdiyyələr müstəsna səlahiyyətlərə malik olmalıdır. Azərbaycanın idarətmə sistemində bu bütövlükdə mümkün olmasa da yerli icra orqanları ilə bələdiyyələrin hüquqlarının optimal nisbətini tapmaqla məsələni həll etmək olar. Heç olmasa birinci mərhələdə rayonlarda kənd və qəsəbə nümayəndəliklərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi və müvafiq maliyyə ilə təmin olunması mümkündür: "Məlumdur ki, bələdiyyələrin fəaliyyəti həm onun statusundan, həm də maliyyə mənbəyindən asılıdır. Lakin, biz bələdiyyələrin fəaliyyəti üçün ayrılan büdcə vəsaitinin 35-40 milyon manatdan artıq olmasını görmürük. Yalnız bir dəfə 50 milyon manata çatdırılıb ki, bu da ildə bələdiyyə üçün 22-23 min manat, ayda isə 1700-2000 manat vəsait deməkdir. Bu vəsaitlə isə faktiki olaraq heç bir şey etmək mümkün deyil. Dotasiyalar isə 3,5 milyon manatdan 5,2 milyona çatıb ki, bu da bələdiyyələrin büdcəsindən cəmi 10 faiz artıqdır ki, onu da adambaşına böldükdə 50 qəpiyi keçmir. Bu vəsaitlə də bələdiyyələrin fəaliyyətində ciddi addım atmaq mümkün deyil. Ona görə də bələdiyyələrin əlavə gəlir mənbələrinin yaranması üçün şərait yaradılması istiqamətində ciddi addımlar atılmalıdır".
Millət vəkili əlavə edib ki, bələdiyyələrin nə qədər statusu, pulu olsa belə, yaxşı kadr olmadan onların fəaliyyətinin səmərəliliyindən danışmaq olmaz. Elə bu seçkilərdə məhz yerli problemlərin həllindən başı çıxan, onların həlli istiqamətində iş bacaran insanların seçilməsi işin xeyrinə olardı: "Bütün sadalananlara baxmayaraq bələdiyyələrin fəaliyyətinə mənfi təsir edən subyektiv amillər də mövcuddur. Onlardan biri bələdiyyə ərazilərinin xəritələrinin hazırlanmasıdır ki, hələlik bu məsələ tam həllini tapmayıb. Bu səbəbdən də bələdiyyələr torpaqları idarə edərkən müxtəlif problemlərlə üzləşmək məcburiyyətində qalırlar. Digər tərəfdən, hərraclar da tam mükəmməl omadığından müəyyən çətinliklər yaranır. Ona görə də bələdiyyə torpaqlarının xəritələri tez bir zamanda hazırlanıb təhvil verilməlidir ki, səmərəli hərrac mexanizmi qurula bilsin".
Millət vəkili qeyd edib ki, bələdiyyələr əllərində olan torpaqlardan təkcə satış vasitəsi kimi deyil, həm də gəlirinin artırılması vasitəsi kimi istifadə edilməlidir. Bu sahədə kifayət qədər beynəlxalq təcrübə mövcuddur: "Bələdiyyələrin sayı getdikcə azalır. Onların sayı 1717-dən 1606-ya enib. Düzdür, bunu irəliyə doğru atılmış addım kimi dəyərləndiririk, amma nəzərə almaq lazımdır ki, 3 bələdiyyəni birləşdirib 1 bələdiyyə etmək, lakin islahatlara getməmək 3 bələdiyyənin problemlərini birləşdirmək deməkdir. Bu baxımdan bələdiyyələri birləşdiririksə, islahatlar davam etdirilməlidir".
Onun sözərinə görə, bələdiyyələr bazar münasibətləri reysinə keçirilməlidir. Belə ki, bələdiyyə sahibkarlığının inkişafı istiqamətində ciddi addımlar atılmalıdır. Artıq bələdiyyələrin kifayət qədər təcrübəsi var: "Ötən əsrin əvvəllərində Bakı meriyası olub. İndi beynəlxalq təcrübəyə əsaslanıb Bakı bələdiyyəsinin yaradılmasına start verilməlidir. Bununla bələdiyyələr beynəlxalq aləmdə özünü doğrultmaq istiqamətində lazımi addımlar ata bilər. Konkret olaraq sosial problemlərin həlli məqsədilə cəzbedici layihələr hazırlamaq imkanı yaranar. Bununla həm ölkə daxilində, həm də xaricdə sponsorlar tapmaq mümkün olar. Sadalanan təkliflərin həllini tapması bələdiyyələrin əhalinin gözündə nüfuzunun qalxması və onların yeni mərhələyə keçməsində mühüm rol oynaya bilər".
Əlbəttə, sözügedən islahatların həyata keçirilməsi ölkədə yerli özünüidarəetmə orqanlarını cəzbedici hala gətirə bilər. Amma icra başçılarının bu reformlara asanlıqla icazə verəcəyini düşünmək də sadəlöhvlükdür. Axı sözügedən islahatlar onları bir çox əlavə qazanclardan məhrum edəcək.
Adil
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53