"Ermənistan prezidentinin o təhqiri olmasaydı, bəlkə də Ərdoğan bu addımı atmazdı"
"Erməni soyqırımı"nın 100 illiyi ərəfəsində baş verənlər Ermənistan rəhbərliyinin, ictimai-siyasi mühitinin və dünya ermənilərinin tarixə məsuliyyətsiz münasibətini ortalığa qoydu. Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu "erməni soyqırımı"nın 100 illiyi mövzusunu gündəlikdə saxladılar".
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Ə.Davudoğlu yeni münasibətlər təklif etdi: "Onun erməni müşaviri Türkiyə ilə münasibət qurmaqda diaspor erməniləri ilə Ermənistanı fərqləndirdi. Erməni müşavirə görə, Ermənistan dövləti və cəmiyyəti erməni diasporuna nisbətən Türkiyə ilə münasibət qurmağa daha meyllidir. Amma nədənsə erməni müşaviri Ermənistan rəhbərliyinin və ictimai-siyasi mühitinin təmsilçilərinin Türkiyə ilə münasibətləri normallaşdırmaq barədə bircə dəfə də olsun pozitiv fikir bildirmədiyini nəzərə almadı. QHT və mətbuat təmsilçilərinin, "çamadan alverçilərinin" və turistlərin Türkiyəyə səfərlərin sayının artmasını əsas müəyyənləşdirici parametr kimi təqdim etmək yanlışlıqdır. Ermənistan prezidenti, xarici işlər naziri bir dəfə də olsun Türkiyə haqqında xoş fikir bildirməyiblər. Əksinə, prezident Serj Sarkisyan BMT Baş Assambleyasının tribunasından Türkiyəni, onun xalqını, tarixini, prezidentini rusdilli oxuculara yaxşı bələd olan yerə göndərməklə təhqir etdi".
M.Əhmədoğlu vurğulayıb ki, BMT BA Ermənistan kimi dövlətlər üçün ən mötəbər tribunadır: "S.Sarkisyanın əlində bir dəfə ən mötəbər tribunadan çıxış etmək üçün fürsət yarandı və bundan Türkiyəni təhqir etmək üçün istifadə etdi. Bu kontekstdə R.T.Ərdoğanın aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyini qeyd etməklə bağlı tədbir keçirməsi tamamilə yerində olan məsələdir. Ermənistanda bu addımı "erməni soyqırımı"nın 100 illiyinin qeyd edilməsinə qarşı atılmış addım kimi qiymətləndirirlər. Düzgün qiymətdir. S.Sarkisyan R.T.Ərdoğanın Çanaqqala qələbəsinin 100 illiyini aprelin 24-də qeyd etməsini səviyyəsiz və uzaqgörməz addım alandırdı. Amma R.T.Ərdoğan Ermənistan prezidentinin BMT BA-dakı təhqiri olmasaydı, bəlkə də bu addımı atmazdı".
Politoloqun sözlərinə görə, R.T.Ərdoğanın Çanaqqala qələbəsinin 100 illiyini qeyd etməklə bağlı tədbirinin ən vacib məqamlarının biri onun Azərbaycanla əlaqələndirilməsidir:
"Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında R.T.Ərdoğanın bu mövzu barədə məlumat verməsi bu tədbirin Azərbaycanla müştərək tədbir olduğu anlamındadır. Mətbuat konfransında və ondan sonra bu mövzuda verilən açıqlamalardan bəlli oldu ki, Türkiyə prezidenti, baş naziri və bütövlükdə hökumət hazırlıq işini başa çatdırıblar, 102 dövlətə dəvət göndərilib, amma bu vaxtadək bu barədə mətbuata açıqlama verməyiblər. Açıqlamanı İ.Əliyevin iştirakı ilə verdilər. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı "erməni soyqırımı"nın ifşa olunması barədə xeyli iş görüblər və yeni keyfiyyət vəziyyəti yarada biliblər".
M.Əhmədoğlu vurğulayıb ki, Ermənistan rəsmilərinin Türkiyənin münasibətləri normallaşdırmaqla bağlı təkliflərinin rədd etməsinin əsasını tarixçilərdən ibarət komissiyanın yaradılması təklifi təşkil edir:
"Ermənistan rəsmilərinin eləcə də bütün ermənilərin fikrincə, tarixçilərdən ibarət komissiya yalnız "erməni soyqırımı"nın olmadığı nəticəsinə gələcək. Görünür, onlar bir şey bilirlər deyə bu ideyanın daşıyıcısıdırlar. Tarixçilərdən ibarət komissiyanın "erməni soyqırımı"nın olduğunun yenidən təsdiq edəcəyini və ya əlavə arqumentlərlə daha möhkəmləndirəcəyi ideyası ermənilərin ağlına gəlmir. Xristianlıq tarixlərini saxtalaşdıran ermənilərin uydurma soyqırım yaratmaları təəccüblü deyil. Tarixçilərdən ibarət komissiya bu erməni uydurma tarixini aradan qaldıra bilər. Türkiyə prezidenti R.T.Ərdoğan 1 milyondan çox arxiv sənədinin aşkarlandığını bildirdi".
Politoloq əlavə edib ki, S.Sarksiyan erməni ordusunun yaranmasının 23 illiyi ilə bağlı çıxışında bir daha tarixə münasibətini göstərdi:
"O bu çıxışında həm "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunmasına münasibət bildirdi. Ermənistan dövlətçiliyinin və Ermənistan ordusunun beynəlxalq dövlətlər ailəsinə qoşulduğunu, "erməni soyqırımı"nın bir daha təkrar olunmayacağının qarantı kimi təqdim etdi. Guya 1915-ci ildə "erməni soyqırımı"nın olmasının əsas səbəbi ermənilərin dövlətinin olmamasıdır. Amma S.Sarkisyanın tarixə qeyri-ciddi münasibəti təkcə bu deyil. Ermənistan dövlətinin və ordusunun beynəlxalq dövlətlər ailəsinə qoşulmasından əvvəl cəhənnəmdə yaşadığını bildirməsidir. Başqa sözlə, Ermənistan dövlət və ordusu cəhənnəmdən çıxıb beynəlxalq dövlətlər ailəsinə qoşulmuşdur. Bununla da o Ermənistanın SSRİ dövründəki mövcudluğunu cəhənnəmdə yaşamaq adlandırdı. Erməni xalqını dövlətli edən SSRİ idi. S.Sarkisyan və Ermənistan rəhbərliyinin tarixə məsuliyyətsiz münasibətinin belə fikirlər çox asanlıqla sübut edir".
Politoloq vurğulayıb ki, "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Ermənistanın aktivliyi və məsuliyyətsizliyi əcaib, bəlkə də əxlaqsız vəziyyət yaradıb: "Bir qrup erməni məşhur erməni fahişəsi K.Kardaşyanın "soyqırım"ın 100 illiyini qeyd etmək üçün Yerevana gələcəyini bildirdi. "Erməni soyqırımı"nın 100 illiyi bir qrup şoumen, K.Kardaşyanın iştirakı ilə keçiriləcək. Ermənistan prezident administrasiyasının rəhbəri "soyqırım"la bağlı hüquqi tələblər paketinin son variantının hələ hazır olmadığını bildirdi. Bu da məsuliyyətlilik nümunəsi deyil".
Əli
Digər Xəbərlər
2025-02-28 13:37:00

2025-02-28 13:24:25

2025-02-28 13:24:05
.jpg)
2025-02-28 13:23:36
.jpg)
2025-02-28 13:20:36
.jpeg)
2025-02-28 13:11:10

2025-02-28 12:42:07

2025-02-28 12:19:12

2025-02-28 12:01:15

2025-02-28 11:51:36

2025-02-28 11:49:59

2025-02-28 11:49:51

2025-02-28 11:48:48

2025-02-28 11:48:24

2025-02-28 11:45:16

2025-02-28 11:33:22

2025-02-28 11:24:00

2025-02-28 11:07:01

2025-02-28 10:23:04
.jpg)