Azərbaycanda parlament seçkilərinə hazırlıq başladı
09:59 07-02-2015
CƏMİYYƏT
Azərbaycanda parlament seçkilərinə hazırlıq başladı
Milli Məclisə bu il keçiriləcək seçkilərin ilkin mərhələsinə start verilib. "Unikal"ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, qaydaya uyğun olaraq, artıq ölkə üzrə aşağı seçki komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə başlanılıb.
Bu mərhələ bu ilin mayına qədər davam edəcək. Sonda isə MSK tərəfndən siyahı təsdiq olunacaq. MSK-dan bildirilib ki, seçici siyahılarının hazırlanmasında hələlik heç bir problem meydana çıxmayıb.
Xatırladaq ki, sonuncu seçkidə dəqiqləşdirilmiş seçici siyahılarına əsasən seçicilərin sayı 4 milyon 819 min 382 seçici nəfər olub.
Bu barədə fikirlərini "Unikal"la bölüşən politoloq Bəhruz Salmanov deyib ki, bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək və 125 deputat postu uğrunda mübarizə gedəcək. Onun sözlərinə görə, seçkilər öncəsi bir çox fikirlər səslənir və yeniliklərə ümid var: "Ola bilər ki, xalqımız daha savadlı, intellektli və gənc namizədlərin deputa seçilməsinə üstünlük versin. Bu da müsbət haldır. Bu ilki seçkilərdə qızğın mübarizə gedəcəyini indidən proqnozlaşdırmaq olar. Buna səbəb ölkə içində baş verən siyasi islahatlar və dünyada gedən siyasi dəyişikliklərdir. Ən çox milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə sadiq qüvvələrin seçilməsini istərdim".
Müsahibimiz onu da qeyd edib ki, Qərbmeyilli müxalifətin budəfəki seçkidə perespektivi görsənmir. "Heç elə bir seçkiyə hazırlaşmırlar. Nə isə, Qərb düşərgəsində sakitçilikdir. Qərbin iqtidara etdiyi təzyiqdən sonra prezidentlə görüş zamanı qoyduqları mövqedən burda olan təsisatlarının vəziyyəti bəlli oldu. Ümumən mənim Qərbdən dünyaya ixrac olunan Liberalizmə yanaşmam tam mənfidir və bu ideoloji daşıyıcılarının nəinki idarəedici, hətta qanunverici və icraedici strukturlarda təmsil olunmağının hətta birinci mediada fikrilərinin, təbliğlərinin işıqlandırılmasını müsbət hesab etmirəm. Yalnız iqtidara rəqib kimi ölkənin icra strukturlarında baş verən nöqsanları ortaya çıxarmaq üçün idarə olunmayan liberallıq faydalı ola bilər, o da qismən", deyə B.Salmanov fikrini tamamlayıb.
Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov "Unikal"a açıqlamasında deyib ki, parlament seçkilərində iştirak etmək niyyətindədirlər. Amma o, müxalifət düşərgəsinin seçkidə birgə iştirakında problemlərin olduğunu dilə gətirib. Onun sözlərinə görə, Azərbaycanda siyasi qüvvələr zaman amilini düzgün qiymətləndirə bilmirlər. AMİP funksioneri deyib ki, müxalifətin tələsik yaratdığı birliklər ölkədə keçirilən seçkilərdə uğur qazana bilmir: "Parlament seçkilərinə çox az müddət qalır. Ancaq müxalifət yenə gecikir. Tələsik yaranan birliklər isə uğur qazana bilmir. Bu da ümumi işə zərər vurur. Hesab edirəm ki, müxalifət bu prosesdə də gecikir. Hesab etmirəm ki, Müxalifət partiyaları parlament seçkilərinə daha böyük birlik şəklində gedə bilsinlər. Çünki, onlar arasında münasibətlər çox gərgindir. Artıq ziddiyyətlər böhran həddinə çatıb. Ona görə də müxalifətin bu psixoloji bariyeri aşaraq yenidən bir arada olmaları mümkün deyil". Ə.Orucov onu da bildirib ki, müxalifət nələrisə nələrəsə qurban verərək, seçkidə iştirak məqsədi ilə birlik yaratsa belə, bu, cəmiyyət tərəfindən müsbət qarşılanmayacaq və əks effekt verəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00