İqtidar-müxalifət dialoqu yeni situasiya yaradır
10:53 14-02-2015
CƏMİYYƏT
İqtidar-müxalifət dialoqu yeni situasiya yaradır
Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənovun təşkilatçılığı ilə keçirilən iqtidar-müxalifət dialoqu ictimaiyyətdə də müsbət qarşılanıb. Belə ki, əksəriyyət hakimiyyət tərəfindən atılan bu addımı müsbət qiymətləndirir.
İqtidar-müxalifət arasında baş tutan görüşlə bağlı fikirlərini "Unikal"la bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, sözügedən görüş ictimai-siyasi əhəmiyyəti olan tədbirdir: "Mən bu görüşü yüksək qiymətləndirirəm. Görüşün məqsədi ümummilli məsələlərdə iştirakı vacib olan şəxslərin, qurumların fəaliyyətini tənzimləməkdən ibarətdir. Hakimiyyət tərəfindən atılan bu addım siyasi islahat xarakterlidir və təqdir olunan addımdır".
Millət vəkili qeyd edib ki, bu danışıqlarda bütün siyasi spektor demək olar ki, təmsil olunmuşdu: "Danışıqları qeyri-ciddi hesab edən, qara yaxmağa çalışan partiyalar ümumiyyətlə, bu məsələlərə münasibət bildirməyə haqları yoxdur. Milli məsələlərin ətrafında müzakirə aparanlar bu məsuliyyəti dərk edirlər və ölkəmizin problemlərini müzakirə etməkdə maraqlıdırlar. Çox konstruktiv bir söhbət oldu və qeyd edim ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov məsələlərə olduqca tolerant və işgüzar münasibət göstərdi. Biz mövcud problemləri qabartdıq, müzakirələr apardıq və prioritet məsələləri müəyyənləşdirdik. Kim ki bu dialoqdan kənarda qaldı, onlar da bu görüşlərə qara yaxmağa çalışırlar. Bu dialoqda iştirak edən partiyalar kifayət qədər samballı partiyalardır və hesab edirəm ki, müzakirələrimiz bundan sonra da uğurlu olacaq".
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə "Unikal"a açıqlamasında deyib ki, iqtidar-müxalifət dialoqunu qəbul etməyən şəxslərin məqsədi başqadır. BAXCP yetkilisi xüsusən də AXCP sədri Əli Kərimli ilə bağlı ilginc məqamlara toxunub: "Əli Kərimli bu görüşə qəsdən qatılmayıb. O, bu addımı ilə Azərbaycan dövlətinin imicini korlamaq istəyir. İstəmir ki, beynəlxalq təşkilatlar və bir çox qurumlar görsün ki, Azərbaycan hakmiyyəti ölkədə demokratik ənənələrə uyğun olaraq iqtidar-müxalifət dialoqu təşkil edir, siyasi partiyalarla görüş keçirir, ölkədə mövcud ola problemləri birgə müzakirə edir. Əli Kərimli görüşə qatılmamasını görüşdə iştirak edən başqa partiyalarla əlaqələndirib. Bunun sənə nə adiyyatı? Görüşün təşkilatcısı Azərbaycan iqtidarıdır. Hansı partiyanı görüşə dəvət etmək hüququ onlardadır. Əli Kərimli, təsəvvür et ki, görüşdə YAP-ın bir nümayəndəsi deyil, 17 nümayəndəsi iştirak edir. Görüş iştirakcılarının sayının məsələyə nə adiyyatı? Get, sözünü de, etirazını et. Nədən istəyirsən danış. Kimdir əlini sənin ağzıva soxub danışmağa qoymayan? Nə məqsədin var ki, sən 17 nəfərin yanında deyil, 1 nəfərlə görüşmək istəyirsən? Öyrəşmisən gizli danışıqlar aparıb sövdələşmələr etməyə. Axı sən gizli danışıqlar da edib, sonradan xəyanət edənsən".
Müsahibimiz onu da bildirib ki, Müsavat Partiyası Əli Kərimlinin şantajından qorxub görüşə qatılmayıb. Onun sözlərinə görə, bunun başqa səbəbi ola bilməz: "Fikirləşirlər ki, Əli Kərimli görüşlə bağlı bütün beynəlxalq təşkilatlara donosçuluq edəcək ki, Müsavat partiyası hakimiyyətlə yaxınlaşıb, onların maraqlarından çıxış edir. Məhz bu qorxudan görüşə qatılmadılar. Guya ki, Əli Kərimli kimin əsl müxalifət olması ilə bağlı sertfikat paylayandır. Milli Şuranın sədri Cəmil Həsənliyə gəldikdə isə, o, Əli Kərimlinin şöbə rəhbəridir və onun dediklərini öz adı ilə deyir. Biz BAXCP olaraq bəyan edirik ki, iqtidar həmin şəxslərlə dialoqa getməsinə tərəfdar olmamışıq: "2013-cü il prezident seçkilərində Əli Kərimli və bu qüvvələr Rusiyanın əlində bir alət olaraq istifadə olunublar. Bu, artıq real faktdır. Özləri acıq şəkildə bəyan edirdilər ki, Rüstəm İbrahimovun Milli Şura layihəsi Rusiyanın layihəsidir.Rüstəm İbrahimbəyovun liderliyi altında bu siyasi layihə gerçəkləşdirildi. Xarici dövlətin əlində alətə çevrilən siyasətçilərlə milli məsələləri birgə müzakirə etmək olarmı? Birmənalı şəkildə deyirəm ki yox! Məncə, iqtidar bu qüvvələri görüşə dəvət etməməli idi. Sabah onlara başqa tapşırıq gəlsə, onlar başqa mövqedən çıxış edəcəklər. Odur ki, mən də bu qüvvələrlə dialoqun aparılmasının əleyhinəyəm".
N.Orduxanlı onu da bildirib ki, iqtidar-müxalifət görüşü çox əhəmiyyətlidir. Onun fikrincə, hətta Prezident Administrasiyasının nümayəndəsi Əli müəllim bildirib ki, belə görüşlər Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmasına birbaşa təsir göstərir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27