Milli Şura ilə ADP arasında savaş yenidən alovlanır
11:13 28-02-2015
İQTİSADİYYAT
Milli Şura ilə ADP arasında savaş yenidən alovlanır
Sərdar Cəlaloğlunun adamları ilə Eldəniz Quliyev mətbuat səhifələrində qarşılıqlı ittihamlara start veriblər
Radikal müxalifət düşərgəsində firqələrarası mübarizə səngimək bilmir. Uzun illər məğlubiyyət sindromundan çıxa bilməyən müxalifət bir-birlərini ittiham etməklə bu sindromdan qurtulmağa çalışırlar.
"Unikal"ın məlumatına görə, son dövrlər ADP ilə AXCP, daha sonra ADP ilə Milli Şura arasındakı dava da gündəmdən düşmür. Demək olar ki, hər gün bu qüvvələr arasında yeni bir gərginlik alovu baş qaldırır. Belə ki, ADP sədrinin mətbuat məsələləri üzrə müavini Nurəddin İsmayıl Milli Şuranın üzvü Eldəniz Quliyevin "Azadlıq" qəzetində ADP sədri Sərdar Cəlaloğlu və bütövlükdə müxalif düşərgənin təmsilçiləri barədə dərc olunan ittiham və rişxənd dolu yazısına sərt cavab verib.
Bu barədə "Unikal"a açıqlama verən N.İsmayıl bildirib ki, Azərbaycanda müxalifət yerini tutan hər kəs özünü digərlərindən daha çox müxalifətçi kimi təqdim edir və nədənsə, başqalarına müxalif haqqı tanımaq istəmir. Çoxları elə sanır ki, müxalifətçi olmaq iqtidarı, xoşlamadığı halda müxalif həmkarını sərt dillə tənqid və bəzən də təhqir həddinə çatan ifadələr işlətməkdən, ya da ara-sıra növbətçi piket-mitinq keçirməklə xalqın gözünə kül üfürməkdən ibarətdir: "Bu cür insanlar ibarəbazlıqdan, başqalarını tənqid və təhqir hədəfinə çevirməzdən əvvəl özünə və hədəfə çevirmək istədiyi insanların keçdiyi yola nəzər salmalı, müxalifətçiliyin fəlsəfəsinə epizodik hallara görə qiymət verməməlidir. Bir vaxtlar hakimiyyət qazanında əriyib ərpə dönməyin yarışına duran, xəlvət guşələrdə hakimiyyətlə bazarlıq edənlər, nədənsə öz keçmişlərinə boylanmaq əvəzinə hakimiyyətlə dialoqda bulunmaq, ölkədəki gərginliyi azaltmaq, vətəndaş həmrəyliyinə yol açmaq istəyən müxalif qüvvələri etikanın əks üzü ilə ləkələməyə can atırlar. Bu qəbildən olan insanlar sırasında Milli Şuranın üzvü E.Quliyev öndə gedən şəxslərdəndir. Onun "Azadlıq" qəzetində dialoqa gedən müxalif insanları, konkret olaraq Qarabağ Blokunun həmsədrlərini hədəfə alması, guya hakimiyyətin alt kateqoriyalı məmurları ilə görüşə can atması müqabilində manatın məzənnəsinin aşağı düşməsi faktına susqunluq göstərməsi ilə bağlı yazısı dərc olunub. Sən demə hakimiyyətlə dialoq qurmaq xəyanət, qıraqda durub hər olaya mız qoymaq cəsarət imiş. Bir də başqalarına qara yaxmaq, digər partiyaların gördüyü işlərə kölgə salmaq elə də istedad tələb etmir. Amma biriləri hər şeyi görməməzlikdən gələndə faktları ortaya qoymağa ehtiyac duyulur".
ADP yetkilisi onu da qeyd edib ki, öz dediklərinin gerçək olmadığını aydınlaşdırmaq üçün elə həmin gün demokrat partiyasının bütün saytlarda yer alan və kəskinliyi, siyasi çəkisi etibarı ilə onun hakimiyyətə yönəlik patoloji yanaşmasından ağır gələn informasiya bülleteninə nəzər salsın və görsün ki, boşuna laf etmək sanballı siyasətçilərin işi deyil: "Manatın məzənnəsinin aşağı düşməsi ilə bağlı məsələyə nəinki zamanında mövqe bildirilmiş, eləcə də bu yanlış iqtisadi siyasətin xalqa qarşı yönəldiyi aydın dillə ifadə edilmişdir. O ki, qaldı ADP sədri S.Cəlaloğlunu "şparkalka"dan istifadə edib müsahibə vermək məsələsinə, ondan müsahibə alan jurnalistlər, siyasi həmkarları, onunla təmasda olan hər kəs bu fikrin qərəzli olduğunu dilə gətirə bilər. S.Cəlaloğlunun yazdığı əsərləri bir qırağa qoyub, təkcə verdiyi müsahibələrə diqqət etsəniz onun ictimai-siyasi məsələlərə fundamental, elmi və orijinal yanaşma tərzini görə bilərsiniz. Sən mənim xoşuma gəlmirsən deyə, uzun illər birgə mübarizə apardığın insanlara siyasətçi dilinə yad olan ifadələrlə çirkab atmaq, əlbəttə heç bir siyasətçiyə yaraşmayan haldır, özəlliklə incəsənət sahəsinə iddialı şəxslər üçün".
Qeyd edək ki, E.Quliyev yazısında hakimiyyətlə dialoqa gedən siyasətçiləri siyasi şounun iştirakçıları adlandırıb. Bundan sonra tərəflər arasında gərginlik daha da artıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53