Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlanıb.

"Unikal" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, azad olunmuş ərazilərdə seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 78,64 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 48,25 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 76,55 faiz, 121 saylı Laçın Seçki Dairəsində 79,7 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 83,28 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 80,57 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 79,58 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 78,86 faiz olub.
 

*** 18:01

Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlanıb.

"Unikal" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 74,88 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 73,08 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 74,36 faiz, 121 saylı Laçın Seçki Dairəsində 76,12 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 75,07 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 74,24 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 73,25 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 76,13 faiz olub.

*** 12:43

Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlanıb.

"Unikal" xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər 122 saylı Xankəndi Seçki Dairəsində 3946 nəfər səs verib, seçici fəallığı 50,56 faizdir.

123 saylı Kəlbəcər seçki dairəsində 21658 nəfər səs verib, seçici fəallığı 35,69 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsində 27030 nəfər səs verib, seçici fəallığı 43,25 faizdir.