Region ölkələrinin bir çoxu sizin prezidentiniz kimi prezidentinin olmasını istəyir.

"Unikal" xəbər verir ki, bunu QDİƏT PM-dən olan müşahidəçi, gürcü deputat Ramaz Nikolayşvili deyib.

“Bu regionda torpaqları alınmış ölkələr var. Bütün bu ölkələr, həmçinin mənim ölkəm sizin prezidentiniz kimi prezidentinin olmasını arzu edir. Mən böyük məmnuniyyətlə sizin prezidentə səs verərdim”, - deyə o bildirib.

Onun sözlırinə görə, Prezident İlham Əliyev regional liderdir. “İnsanlar onun vətəndaşları üçün nə etdiyini anlayır. Ona görə də nəticə belədir”, deyə o bildirib.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.