Dağlıq Qarabağda xarici şirkətlər
08:44 16-04-2015
İQTİSADİYYAT
Dağlıq Qarabağda xarici şirkətlər
Bunun qarşısını necə almalı?
Son zamanlar Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan səfər edənlərin sayı azalsada yenə belə səfərlər olur və Azərbaycan tərəfi sadəcə olaraq bu şəxslərin Azərbaycana girişini yasaqlaya bilir. Bu isə məsələnin bir dəfəlik həlli deyil və bunun özündən də ermənilər yararlanmağa çalışırlar.
Sonuncu dəfə ABŞ və İspaniyadan jurnalistlər Dağlıq Qarabağa səfər etmişdilər və Azərbaycanın əleyhinə məqalələrlə çıxış etmişdilər. Bunuda qeyd edək ki, jurnalistlərlə yanaşı tanınmış müğənnilərində zaman-zaman Dağlıq Qarabağa səfərləri təşkl edilir və güman edilir ki, Şuşanın işğalı günü daha bir neçə tanınmış müğənni Dağlıq Qarabağa gətiriləcək. Sözsüz ki, bu şəxsləri erməni lobbisi iri qonorarlar hesabına Dağlıq Qarabağa gətirirlər və bununla ictimai rəyə təsir etməyə çalışırlar. Amma indi vəziyyət nisbətən dəyişib. Belə ki, artıq bir sıra Avropa ölkələrinə məxsus şirkətlərdə eyni addımı atmaqda Dağlıq Qarabağda biznes strukturları yaratmağa çalışırlar. Hətta bu ölkələr sırasında İtaliya kimi inkişaf etmiş dövlətdə var. Azərbaycan tərəfi isə bununla bağlı italiyalı nazirə artıq etirazlarını bildiriblər. Bəzi italyan şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti, bu ərazilərə səfərlərin təşkili, habelə, İtaliyadakı sərgi və tədbirlərdə qondarma respublikanın iştirakı qəbuledilməzdir".Bunu Azərbaycan-İtaliya işgüzar görüşündə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, İtaliyanın bəzi şirkətləri Qarabağda fəaliyyət göstərir və İtaliya hökuməti tərəfindən belə halların qarşısı alınmalıdır.
İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə danışıqlar aparıb.
"Sözügedən şirkətlərə bununla bağlı xəbərdarlıq olunacaq. Ümid edirəm ki, onlar bu fəaliyyətlərini dayandıracaqlar", - deyə F. Quidi qeyd edib.Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək hesab edir ki, bu gün Dağlıq Qarabağ ətrafında baş verənlər ikili yanaşmanın nəticəsidir:"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Biz bütün platformalarda Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin vacibliyini dilə gətiririk". Türkiyə parlamentinin sədri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin ürək açan olmadığını bildirib: "Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç nə edə bilmir. Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir, davam edir. Bu münaqişə başlayanda ana bətnində olan körpənin artıq 23 yaşı var. 1 milyondan artıq azərbaycanlı bu münaqişə nəticəsində ata-baba yurdlarından didərgin düşüb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların bu münaqişəyə ikili standartlı münasibəti davam edir".C. Çiçək Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Cənubi Qafqaz regionunda təhlükəsizliyə nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb: "Bu münaqişə həll edilmədikcə Cənubi Qafqaz regionunda təhlükəsizlik riski davam edəcək. Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını azad etməlidir".Amma hazırda ekspertləri narahat edən məsələ budur ki, xarici şirkətlərin Dağlıq qarabağa axını ciddiləşdirilə bilinər və bu dünya ictimaiətini çaşdırma məqsədli olar. Politoloq Elçin Mirzəbəyli:" Bu problemə son qoyulması üçün hələ 2008-ci ildə BAXCP "İşğal altında olan Azərbaycan əraziləri haqqında" qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib. Təəssüf ki, adıçəkilən qanun layihəsi bu günədək parlamentin müzakirəsinə çıxarılmayıb. Qanun layihəsində işğal altında olan Azərbaycan ərazilərinin statusu, bu əraziyə səfərlər, separatçı rejimlə əlaqə quran şəxslərə və hüquqi subyektlərə tətbiq olunacaq sanksiyalar yer alıb. Xarici İşlər Nazirliyinin "qara siyahısı" ictimai qınaq məqsədi daşıyır və işğal altında olan Azərbaycan ərazilərinə səfər edən, yaxud separatçı rejimlə əlaqə quran şəxslərin Azərbaycana buraxılmamasına xidmət edir, vəssalam. Amma bu təsiredici vasitə deyil, çünki arxasında hüquqi mexanizm dayanmır. Əgər həmin şəxslər beynəlxalq ictimai qınağı nəzərə alsaydılar həmin ərazilərə səfər etməzdilər. Azərbaycan "İşğal altında olan Azərvaycan əraziləri haqqında" qanunu qəbul etməli və belə halların qarşısnın alınması üçün hüquqi baza yaratmalıdır. Nəzərə almaq lazımdır ki, qanunlar həm də çəkindirici xarakter daşıyır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53