Azərbaycanda bəzi məmurların 20 milyon manatlıq gizli qazancı
15:13 24-04-2015
İQTİSADİYYAT
Azərbaycanda bəzi məmurların 20 milyon manatlıq gizli qazancı
Divar kağızlarının qanunsuz dövriyyəsindən "qaz vurub qazan dolduranlar" kimlərdir?
Azərbaycanda daha bir kirli pul qaynağı aşkarlanıb. Söhbət ölkədə divar kağızlarının qanunsuz dövriyyəsindən kimlərinsə külli miqdarda gəlir əldə etməsindən gedir. Gəlin öncə rəqəmlərə göz ataq. 2014-cü ildə Azərbaycana rəsmən 5 milyon 290,1 min məbləğində divar kağızı gətirilib. Bu, Gürcüstana olan tədarükdən (15 milyon 446,9 min) 3 dəfə azdır. Ekspertlər bunu gömrükdəki korrupsiya ilə bağlayırlar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana 6 440,2 ton divar kağızı tədarük edilib. Bu, əvvəlki ildəkindən 10 faiz çoxdur. Onların alınması xərcləri 959,3 min dollar və ya 22,1% artıb, deyə rəsmi qaynaqlar bildirir.
Amma tədarükçü ölkələrlə müqayisə göstərir ki, divar kağızlarının qiyməti süni şəkildə ucuzlaşdırılır. Məqsəd ƏDV və gömrük rüsumundan yayınmaqdır, həmin məbləğ nağd şəkildə gömrüyə ödənilir, deyə idxalçılar bildirir.
Məsələn, Belarus Milli Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə bu ölkədən Azərbaycana idxal üçün 341 ton divar kağızları (+1%) alınıb və 1 milyonn 439,6 min (+16,8%) dollar ödənilib. Bu dövrdə Azərbaycan gömrüyündə 193,8 min dollar məbləğində 321,9 ton Belarus divar kağızları rəsmiləşdirilib. Yəni mal Belarus sərhədini keçəndə 4 221 dollardan keçib, Azərbaycan gömrüyündə isə bundan 7 dəfə ucuz - tonu 602 dollardan rəsmiləşdirilib.
Ukraynadan daha çox divar kağızları alınıb. Ötən il bu ölkədən 4 min 89,8 ton, RF-dən 1115,9 ton mal gətirilib.
Azərbaycan gömrüyündə Britaniya markalı divar kağızları daha bahadır. Onun tonu (1,5 ton) 13 266 dollara sənədləşdirilib. Yəqin, idxalçı Britaniya şirkəti və ya Azərbaycan hökumətidir.
İtaliya divar kağızları 3 dəfə ucuz - tonu 4744 dollara sənədləşdirilib. Bu, 2013-cü ildəkindən 3 dəfə bahadır.
Ötən il Türkiyədən - 325,7 ton (861,1 min dollar), Almaniyadan - 232,8 ton (181,2 min dollar), ÇXR-dan - 226 ton (155,4 min dollar), Belçikadan - 41,5 ton (25 min dollar), Fransadan - 2,5 ton (1,9 min dollar), Niderlanddan - 17,3 ton (28,9 min dollar) da divar kağızları alınıb.
İlkin hesablamalara görə, Azərbaycanda divar kağızlarının qanunsuz dövriyyəsi 20 milyon dollardır. Gəlin etiraf ki, bu kifayət qədər ciddi rəqəmdir, belə görünür, dövlət büdcəsi hər il divar kağızlarının qanunsuz dövriyyəsindən milyonlarla manat itirdiyi halda, kimlərsə öz kapitalını artırır.
Onu da deyək ki, ölkədə divar kağızlarının idxalı və satışının da müəyyən məmurların və onlara yaxın iş adamlarının nəzarətində olduğu şübhə doğurmur. Onlar "qaz vurub qazan doldurarkən" bundan itirən isə dövlət büdcəsi olur.
Yəqin ki, aidiyyatı qurumlar yuxarıda göstərilən rəqəmlərin təhlili nəticəsində ortaya çıxan qanunsuzluq hallarını araşdıracaq, bu halların aradan qalxması və onları yaradanların cəzalandırılması istiqamətində zəruri addımlar atacaqdır. Belədə qazanan ilk növbədə neft pullarının azalması nəticəsində onsuz da sıxıntı yaşayan dövlət xəzinəsi olardı.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05