ABŞ və Rusiyaya sərt təpki
11:00 30-04-2015
İQTİSADİYYAT
ABŞ və Rusiyaya sərt təpki
Siyasi liderlər hər iki ölkəyə etirazlarını bildirdilər
Üçüncü Qlobal Bakı Forumu kifayət qədər ciddi məqamlarla yadda qaldı. Aydın oldu ki, bu gün dünya dövlətlərinin böyük əksəriyyəti ABŞ və Rusiya siyasətindən narazıdırlar və əksəriyyətin düşüncəsi budur ki, münaqişələrin yaranmasına bu ölkələr təsir edir. Prezidentin köməkçisi Əli Həsənov bəyan etmişdi ki, zamanında Dağlıq Qarabağ kimi münaqişələr həll edilmədiyindən bu gün başqa münaqişələr də baş verir və bunun günahı güclü dövlətlərdir.
Buna görə hesab etmək olardı ki, Üçüncü Qloballaşma Forumu əsasən Şərqi Avropa və Avropa ölkələrinin Rusiyaya və ABŞ-a etiraz tribunası oldu. Hətta hər zaman ABŞ siyasətini dəstəkləyən hazırkı və keçmiş prezidentlər belə bu narazılığa qoşuldular və bu qüvvələri ikili siyasət yürütməkdə ittiham etdilər. Hətta ABŞ və Avropa maraqlarından çıxış edən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də Azərbaycanın müdafiəsinə qalxdı və bəyan etdi ki, Azərbaycanda insan haqlarının durumunu tənqid etmək ədalətsizlikdir:"Avropa öz dəyərlərini həqiqətən müdafiə etmək istəyirsə, Azərbaycanla daha yaxından tərəfdaşlıq etməlidir".
Onun sözlərinə görə, Avropa İttifaqının tərəfdaşlıq proqramı daha çox bu qurumun 2008-ci ildə Gürcüstanda baş verənlərə reaksiyasıdır: "Çox adam bu müharibəni lokal müharibə hesab edirdi. Lakin daha çox strateji düşüncələrə sahib şəxslər anlayır ki, dünya nizamı dəyişib və onlar tərəfdaşlığın yaranmasının vacibliyini qeyd edib. Ölkələr bu tərəfdaşlıq sahəsində çox fərqlidir. Amma ümumi məqamlar da var. Azərbaycanda olan son dəyişikliklər mənə çox gözəl təsir bağışlayır. Bəzi tərəflər Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edir. Bunlar ikiüzlü yanaşmadır. Reallıq isə budur ki, alternativ enerji üçün real mənbə Azərbaycan qazıdır. Azərbaycan vasitəsi ilə Türkmənistan qazıdır".Eks-prezident ölkəsi ilə Ukrayna arasında oxşar məsələlər olduğunu qeyd edib. Onun sözlərinə görə, bunlardan biri Rusiya fenomenidir: "Digər məsələ korrupsiyadır. Bu məsələ ilə hər yerdə mübarizə aparmalıyıq. Korrupsiya əsas düşməndir. Ukraynada bəzi insanlar qəbul etmirlər ki, dövlət qurumları yarana və bütün vətəndaşları müdafiə edə bilər".M. Saakaşvili bildirib ki, Azərbaycan dəqiq yolunu seçib: "Azərbaycan Avropada bəzi ölkələrdən daha liberaldır. Bu ölkə sürətlə modernləşmə yolunu seçib. Avropa cəmiyyəti də bunu bilməlidir, anlamalıdır".Ümumilikdə Üçüncü Qlobal Bakı Forumunun əhəmiyyəti barədə "Unikal"a açıqlama verən Səbuhi Abbasov maraqlı məqamlara aydınlıq gətirdi: "Ümumiyyətlə bu tip beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi adi hala çevrilib. Bu tədbirə qatılan yüksək çinli insanlar hər səfərlərində böyük təəssürat, müsbət emosiya ilə ayrılırlar.İştirakçılar eyni zamanda ölkəmizdə hökm sürən tolerant mühitin canlı şahidi olurlar. Bu Forum özlüyündə bəşəri dəyərlərin qorunması və gələcək nəslə ötürülməsi istiqamətində dünyaya bir mesajdır.Lakin bəzi beynəlxalq dairələrin ölkəmizdə insan haqları və demokratiyanın olmaması ilə bağlı verdiyi bəyanatlar və digər cəfəngiyatlar heç bir ictimai qüvvəyə malik deyil. Artıq onlar özlərində başa düşürlər ki, erməni lobbisinin himayəsi ilə ölkəmizə qarşı qoyduqları mövqe bilavasitə onların öz nüfüzlarına xələl gətirir. Bu birmənalı şəkildə belədir. Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu tendensiya adətən çox önəmli beynəlxalq yarışlar ərəfəsində daha da aktivləşir. "Avroviziya" yarışması öncəsi də biz bunun şahidi olduq, Bakı 2015 Avropa oyunlarına hazırlıq mərhələsində də biz bunun şahidi oluruq. Lakin ölkədə xalq-hakimiyyət birliyi hökm sürür və bu da onların məkrli siyasətinin həyata keçməsinə mane olan ən ciddi faktlardan biridir". Beləliklə hesab etmək olar ki, bu gün ABŞ və Rusiya nə qədər aqressivləşirsə, digər dövlətlərə təsir etməyə çalışırlarsa bir o qədər də ümumilikdə özlərinə qarşı etibarı itirirlər. Hətta artıq belə fikirlər səslənir ki, ABŞ və Rusiyaya qarşı olan narazılıqlar bu ölkələrlə əlaqələrin pozulması ilə sona çata bilər.Bu baxımdan İsrailin tutacağı addım kifayət qədər vacib olacaq.
Z. Məmmədli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05