İki icra başçısının fəaliyyəti yoxlanılacaq
12:30 02-05-2015
İQTİSADİYYAT
İki icra başçısının fəaliyyəti yoxlanılacaq
Hesablama Palatası Sabirabad və Oğuz İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsini təftiş edəcək
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. "Unikal"ın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, həmçinin Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabatlar və rəylər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada eyni zamanda İş planı ilə nəzərdə tutulmuş, o cümlədən dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və dövlət əsaslı vəsait qoyuluşundan Sabirabad rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Oğuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiq edilib.
"Unikal"ın məlumatına görə, Hesablama Palatasının yoxlamasından sonra sözügedən icra başçıları ilə bağlı ciddi ölçü götürüləcək.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05