Nikah pozularkən vətəndaşların pozulan hüquqları
Ailə quranda hər birimiz yalnız xöşbəxt olmaq, uzunömürlü ailə həyatı yaşamaq haqqında düşünsək də, nikahları uğursuzluqla nəticələnənlər də az deyil. Son illər ailə modelinə görə, nümunə sayılan Azərbaycanda da, boşanmaların sayının artması nikaha daxil olduqda az sonra bu münasibətin pozulması üçün məhkəmələrə müraciət edənlərin kifayət qədər olduğunu göstərir. Bu zaman tərəflər arasında yaranan narazılıqlardan biri də nikahın pozulması üçün qoyulan müddət olur. Tərəflərdən birinin boşanmağa razı olmaması digər tərəfin nikahın pozulması haqqında şəhadətnaməni əlinə alması üçün xeyli "get-gəl"ə salır. Boşanma halları zamanı bəzən hüquq pozmalara da rast gəlinir. Həmsöhbətim Nigar Məmmədova deyir ki, hamilə olsa da, həyat yoldaşı bunu öyrəndikdən sonra boşanma iddiası ilə çıxış edib. Məhkəmə isə bizə bir qərara gəlmək üçün müəyyən vaxt qoyub.
Mövzu ilə bağlı fikirlərini "Unikal"la bölüşən Hüquqşunas Müzəffər Baxışov deyir ki, Ailə Məcəlləsinə görə, nikahın bağlanması və nikaha xitam verilməsinin hüquqi baxımdan prosedurları mövcuddur. Hüquqşunas deyir ki, Ailə Məcəlləsinin 3-cü fəsli nikahın bağlanma qaydası və pozulması şərtlərinə həsr olunub: "Bu qanunun 9-cu maddəsində göstərilir ki, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Üzrlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda, yəni hamiləlik, uşağın doğulması və digər hallarda nikah ərizə verilən gün bağlana bilər. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər inzibati qaydada və məhkəməyə şikayət edə bilərlər".
Hüquqşunas deyir ki, ölkədə nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər: "Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Nikahın bağlanmasına mane olan hallar, yaxın qohumlar ,valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey ümumi ata və ya anası olan qardaş və bacılar; övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. IV fəsil isə nikaha xitam verilməsinə həsr olunub. 14-cü maddədə nikaha xitam verilməsinin əsasları öz əıksini tapıb".
M. Baxışovun sözlərinə görə, bəzi hallarda kiçik münaqişələr zamanı tərəflər tələsik boşanma qərarı verir. Ona görə də məhkəmə boşanmaq üçün edilən bütün müraciətlərə dərhal qərar vermir. Təcrübə göstəriri düşünmək üçün məhkəmənin verdiyi vaxt bəzən işə yarayır. Hüquqşunasın sözlərinə görə, bu məslədə də qanun tərəflərin hüquqlarını qoruyur: " Ər,arvad öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin,arvadın və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin yaxud arvadın qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. 15-ci maddədə göstərilir ki, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. 16-cı maddəyə görə, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 17.1 maddəsində göstərilir ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin, arvadın ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: Ər ya arvad məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər ya da arvad məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; ər ya da arvad cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda". Ekspert deyir ki, nikahın pozulması və bu barədə şəhadətnamənin verilməsi ərizə verildiyi gündən 1 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-arvad arasında yaranan mübahisələrə baxılması,ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin ya da arvadın saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər ya da arvad nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda, yəni ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s. nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ərin ya da arvadın razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması onların birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma
səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir".
Hüquqşunas deyir ki, nikahın pozulması haqqında qətnamə qəbul etdikdə, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin ya da arvadın saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər: "Bu məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən ya da arvadından saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın ya da ərin tələbi ilə ərdən arvaddan tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı isə pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır".
Digər Xəbərlər
2025-03-03 21:19:08

2025-03-03 21:12:03

2025-03-03 18:00:08

2025-03-03 16:31:27

2025-03-03 16:06:22

2025-03-03 14:32:20

2025-03-03 14:30:03

2025-03-03 12:33:00

2025-03-03 11:28:39

2025-03-03 10:19:38

2025-03-03 08:59:46

2025-03-02 17:26:30

2025-03-01 15:03:00

2025-03-01 11:07:00

2025-03-01 10:59:49

2025-03-01 09:36:00

2025-03-01 09:20:00

2025-02-28 18:04:51

2025-02-28 15:10:45
