Deputatlar xaricə gedəndə hansı aviaşirkətlərin təyyarəsinə üstünlük verirlər?
Xarici ölkələrə istər xidməti, istərsə də turistik səfərlər zamanı insanlar ən çox hava nəqliyyatından istifadə edir. Bu istiqamətdə seçim xidmətlərin keyfiyyətindən asılı olaraq dəyişir, bəs millət vəkillərimiz xarici səfərlər zamanı hansı aviaşirkətin xidmətlərindən istifadə edir?
Deputat Eldar İbrahimov daha çox Azərbaycan Hava Yolları (AZAL) və Türk Hava Yollarının təyyarələrindən xaricə gedərkən istifadə edir. "Elə olur ki, Avropaya getmək üçün, məsələn, konkret Helsinkiyə bizdən birbaşa reys olmadığı üçün Türkiyəyə uçuruq, oradan isə Helsinkiyə. O zaman Türk Hava Yollarının xidmətlərindən yararlanarıq".
Deputat Əli Məsimli xaricə rəsmi səfərlərə daha çox getdiyi üçün biletlərin adətən Azərbaycanın aviaşirkətindən alındığını qeyd edib. "Bəzən Türk Hava Yollarının da biletini alırıq. Çinə, Cənubi Koreyaya səfər edəndə Qətərın aviaşırkətinə bilet alınmışdı. Beləliklə, mən xarici səfərlərdə ən çox Azərbaycanın aviaşırkətindən istifadə edirəm".
Deputat Adil Əliyev də ən çox AzAL və Türki Hava Yollarının təyyarələri ilə xaricə səfər etdiyini vurğulayıb.
Fazil Mustafa: "Hansı aviaşirkətə biletim olarsa və hansı ucuzdursa, onun da xidmətlərindən istufadə edirəm. Amma ən çox Türk Hava Yollarının təyyarələri ilə gedirəm".
Deputat Aydın Mirzəzadə isə Milli Məclis tərəfindən onlara alınan biletlərlə daha çox səfər etdiyini qeyd edib. "AZAL-ın xidmətlərindən daha çox istifadə edirəm. Çünki burada xidmət yaxşıdır, mili vətənpərvərlik ruhu hiss olunur".
Aytən Zəhra
Digər Xəbərlər
2024-11-04 23:43:38
2024-11-04 20:38:00
2024-11-04 20:37:06
2024-11-04 20:04:52
2024-11-04 19:43:26
2024-11-04 19:00:45
2024-11-04 18:55:17
2024-11-04 18:39:13
2024-11-04 18:36:02
2024-11-04 18:28:30
2024-11-04 18:17:37
2024-11-04 17:10:57
2024-11-04 16:53:56
2024-11-04 16:47:59
2024-11-04 16:27:49
2024-11-04 16:11:00
2024-11-04 15:52:46
2024-11-04 15:48:00
2024-11-04 15:43:00
2024-11-04 15:36:00