Nazir Şahin Mustafayev Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi Rəyasət Heyətinin üzvləri ilə görüşüb
Iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev növbəti iclaslarını keçirmək üçün Bakıda səfərdə olan Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi (SSBK) Rəyasət Heyətinin üzvləri ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, görüşdə müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində SSBK-nin səmərəli fəaliyyət göstərdiyi qeyd edilib, Beynəlxalq Konqresin Azərbaycan sənayeçiləri və sahibkarları ilə əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, dünyada etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Sahibkarlığın inkişafının prioritet əhəmiyyət daşıdığını qeyd edən nazir bu sahədə təkmil qanunvericilik bazasının yaradıldığını, dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin və s. yaradılması davam etdirilir. Görülən işlərin nəticəsi olaraq ötən il sahibkarlıq subyektlərinin sayı 614 mini keçib, özəl sektorun ÜDM-də payı 81,9% təşkil edib. Sahibkarlığın inkişafının sürətləndirilməsinə daha geniş imkanların yaradıması, biznes mühitinin daha da yaxşılaşdırılması, innovativ, bilik iqtisadiyyatının formalaşdırılması, iqtisadiyyatın intellektual texnoloji səviyyəsinin artırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi "Azərbaycan 2020: Gələcəyə Baxış" inkişaf konsepsiyasının əsas istiqamətlərindəndir. Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi önəm verilir. Təsadüfi deyildir ki, prezident tərəfindən 2014-cü il "Sənaye ili" elan olunmuş, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, əldə edilən uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci və artıq 6 ildir ki, MDB ölkələri arasında liderdir. Əsas kredit reytinq agentlikləri - "Fitch Ratings", "Standart & Poors" və "Moodys" Azərbaycanın suveren reytinqini investisiya reytinqi səviyyəsində saxlamışlar.
Görüş iştirakçıları ilə Azərbaycan sahibkarları arasında əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38