ATƏT-in Bakı ofisi bağlandı - Gerçək səbəb
Elman Nəsirov: "Nümayəndəlik fəaliyyəti dövründə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsində hər hansı irəliləyişə nail olmayıb"
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi iyulun 4-dən etibarən Azərbaycanda fəaliyyətini dayandırıb. Təşkilatın ölkəmizdəki fəaliyyətinin ləğv olunması "Bakıda layihə əlaqələndiricisi ilə bağlı qarşılıqlı anlaşma memorandum"nun ötən ay Azərbaycan tərəfindən dayandırılması ilə əlaqədardır.
Əslində rəsmi Bakının ATƏT-ə qarşı atdığı bu addım heç də təsadüf və göydəndüşmə deyil. Azərbaycanın öz səbəbləri və haqlı əsasları var. Politoloq Elman Nəsirov AzVision.az-a bildirdiyinə görə, ATƏT-in Bakı ofisi və nümayəndəliyi fəaliyyəti dövründə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsində hər hansı irəliləyişə nail olmayıb. Bu ofis bir çox hallarda özünə aid olan işlərlə deyil, daha çox neqativ proseslərdə təmsilçiliklə yadda qalıb.
Politoloq hesab edir ki, indiki məqamda ATƏT-in Bakı ofisi olmadan Bakı-Helsinki münasibətləri daha akltuallıq kəsb edir: "Azərbaycan ATƏT-lə əməkdaşlıqda Bakı ofisi və nümayəndəliyi ilə müəyyən dövr ərzində maraqlı olub. Amma, hər bir inkişafın müəyyən mərhələləri olur və bu nöqteyi-nəzərdən Azərbaycan inkişafının indiki reallığında ATƏT-lə Bakı ofisi çərçivəsində deyil, ikitərəfli münasibətlər formatına daha çox üstünlük verir. Yəni ofis formatında əməkdaşlıq indiki zamanın tələblərinə o qədər də adekvat deyil. Bir qədər məsələyə yeni müstəvidə yanaşmaq daha çox aktuallaşıb. Azərbaycan bu məntiqlə hərəkət edərək ATƏT-lə münasibətlərini tənzimləyir.
Eyni zamanda ATƏT-in özü də Bakıdakı koordinatorunu dəyişdi və bu məsələ onun səlahiyyətində idi. Yəni, təşkilatın özü əməkdaşlığın formatında dəyişikliklər edir. Bu baxımdan Azərbaycan da əməkdaşlığın formatına yenidən baxmaq, dəyişikliklər etmək hüququna malikdir və onu reallaşdırır", - deyə E. Nəsirov vurğulayıb.
Politoloqun fikrincə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gördüyü işlər nəticələri sıfıra bərabərdir: "Ortada heç bir real nəticə yoxdur. Ermənistan yenə də aqressiv siyasətini davam etdirir. İşğalçı dövlətə qarşı münasibətdə təzyiq, sanksiya tətbiq edilmir. Bir çox hallarda isə işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyulur.
Hesab edirəm ki, bu vəziyyətin özünün reallaşmasında ATƏT-in Bakı ofisinin də "xidmətləri" az deyil. Yəni, münaqişənin tənzimlənməsində real həqiqətlərin Helsinkiyə çatdırılmasında və ATƏT-in məlumatlandırılması işində Bakı ofisi lazımı səviyyədə işi qura bilməyib".
Qeyd edək ki, iki il əvvəl Bakı ATƏT nümayəndəliyinin səviyyəsini səfirlik səviyyəsindən ATƏT-in layihələr koordinatoru səviyyəsinə qədər azalmışdı.
Azərbaycan hökuməti ATƏT-in Bakıdakı Layihələr Koordinatorunun fəaliyyətinin dayandırılması ilə bağlı məktubu bu il iyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyindən ATƏT-in Vyanadakı baş ofisinə göndərilib.
Məktubda deyilib ki, Azərbaycan hökuməti artıq ATƏT-in Layihələr Koordinatorluğunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında bağlanmış "ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu"nu qüvvədən düşmüş hesab edir.
Elvin
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38