Səbail rayon İcra Hakimiyyətində media təmsilçiləri ilə görüş keçirilib
10:54 16-07-2015
CƏMİYYƏT
Səbail rayon İcra Hakimiyyəti tərəfindən milli mətbuatın 140 illik yubileyi münasibətilə media təmsilçiləri ilə ənənəvi tədbir-görüş keçirilib.
"Unikal"ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mətbuatın cəmiyyətin həyatındakı rolundan bəhs edib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının 140 illiyi çərçivəsində rayonlarda keçirilən tədbirlərdən söz açıb. V. Səfərli iyulun 22-də Bakıda Gülüstan sarayında yubiley tədbiri keçiriləcəyini də açıqlayıb: "Heydər Əliyevin dövründə "Azərbaycan" nəşriyyatına olan 300 min dollar borc donduruldu. Bu borclar əsasən müstəqil qəzetlərin nəşriyyata borcu idi, dövlət qəzetlərinin borcu yox idi. 1998-ci ildə isə Azərbaycanda senzura ləğv olundu, deyərdim ki, qəzetlərin əsl müstəqilliyi o dövrdən başladı. Sonrakı dövrdə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, jurnalistlər Mətbuat Şurasını təsis etdilər".
V. Səfərli qeyd edib ki, 2000-ci ildə Heydər Əliyevin sərəncamı ilə 22 iyul - Milli Mətbuat Günü ilə bağlı yubiley tədbiri keçirilib və Heydər Əliyev də o tədbirdə iştirak edib: "O vaxtdan milli mətbuatımızın yubileyi hər il iyulun 22-də qeyd edilməyə başladı. 2009-cu ildə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond redaksiyaların maddi-texniki bazasının yüksəldilməsinə dəstək verib, jurnalistlərin peşəkarlığını artırmaq üçün yazı müsabiqələri təşkil edib. Bütün bunlar dövlətin mediaya qayğısıdır".
Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov son 1 il ərzində İcra Hakimiyyəti tərəfindən mətbuatla bağlı görülən işlərə dair analitik hesabatı diqqətə çatdırıb.
Daha sonra Milli Mətbuat Günü münasibətilə 75-dən çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Hüseyn
Digər Xəbərlər
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08