Azay Quliyev jurnalistləri təltif edib
12:46 20-07-2015
CƏMİYYƏT
Azay Quliyev jurnalistləri təltif edib
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan mətbuatının yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib ki, hazırda Azərbaycanda mətbuatın azad fəaliyyəti üçün bütün şərait yaradılıb. O, şura və mətbuat arasında sıx əməkdaşlıq olduğunu vurğulayıb.
Şuranın sədri Azay Quliyev Azərbaycan mətbuatının yaranma tarixi və inkişaf mərhələlərindən danışıb. O qeyd edib ki, 140 il ərzində mətbuat uğurlu və şərəfli bir yol keçib: "Təsadüfi deyil ki, "Əkinçi" qəzeti milli şüurun formalaşmasında mühüm rol oynadı və mətbuatın sonrakı inkişafına böyük töhfələr verdi. Mətbuatdan danışarkən qeyd etməliyəm ki, bu gün ölkəmizdə mətbuat və söz azadlığı var. Azərbaycan jurnalistləri vətəndaş cəmiyyətinin inkişafını çox yaxşı işıqlandırırlar. Təsadüfi deyil ki, Şuranın fəaliyyəti barədə mətbuatda 900-dən çox məqalə və yazı dərc edilib. Mən arzu edirəm ki, jurnalistlər bundan sonra da daim obyektivliyi qorumağı bacarsınlar. Mən buna görə, onların hər birinə minnətdaram".
A.Quliyev deyib ki, Azərbaycanda mətbuatın sonrakı inkişafı Heydər Əliyevin adı ilə bağlıdır: "Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuata qoyulan senzura ləğv edildi, bəzi mətbu orqanların nəşriyyatlara olan borcları ya silindi, ya da azaldıldı".
Onun sözlərinə görə, hazırda prezident İlham Əliyev tərəfindən Azərbaycan mətbuatına diqqət və qayğı böyükdür: "Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının yaradılması, jurnalistlərin sosial problemlərinin həll edilməsi və digər məsələlər bu diqqətdən irəli gəlir. Bütün bunlar bir çox ölkələrə də nümunə olmalıdır".
Mətbuat Şurasının sədr müavini Umud Rəhimov isə çıxışında Həsən bəy Zərdabinin fəaliyyətindən danışaraq, onun "Əkinçi" qəzetini təsis etməklə Azərbaycan mətbuatının fundamentini qoyduğunu vurğulayıb: "Bu gün çox sevindirici haldır ki, mətbuatımız inkişaf edir, jurnalistlərə diqqət və qayğı göstərilir. Mən hesab edirəm ki, mətbuat bu gün ölkəmizin qazandığı çoxsaylı uğurlara şərikdir".
Sonda mətbuatın 140 illiyi ilə bağlı KİV nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. Mükafatlandırılanlar sırasında "APA Holdinq"inəməkdaşları da olub.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-03 12:16:57
2024-11-03 10:40:33
2024-11-03 10:32:06
2024-11-03 09:42:33
2024-11-03 09:40:56
2024-11-03 09:14:57
2024-11-03 08:44:55
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24