AXCP "Yeni Müsavat" qarşıdurması yeni müstəvidə
11:06 22-07-2015
CƏMİYYƏT
AXCP "Yeni Müsavat" qarşıdurması yeni müstəvidə
Əli Kərimlinin adamları virtual aləmdə qara piar kampaniyasını gücləndirib
"Yeni Müsavat" qəzetinin baş redakatoru Rauf Arifoğlunun Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı dövlət mükafatına layiq görülməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyini qıcıqlandırıb.
Artıq partiyanın sədri Əli Kərimlinin təlimatlarına uyğun olaraq sosial şəbəkədə fəaliyyət göstərən və "söyüş qrupu" kimi tanınan dəstə "Yeni Müsavat"ın baş redaktoruna qarşı kampaniyaya başlayıb.
Fuad Qəhrəmanlı: "Onu "təbrik" edin dostlar"
Təhqir kampaniyasına hazırda Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı rəhəbərlik edir. Sədr müavini şəxsi səhifəsində qeyd iddia edib ki, Rauf Arifoğlu iqtidara işlədiyinə görə "Əməkdar jurnalist" adını alıb, ona görə də o, "əməkdar satqındır". Sitat: "İnsafən demək lazımdır ki, adam bu iş üçün o qədər əmək sərf edib ki, üzünün suyu da gedib. Yəqin sevindiyindən bu gecə yata bilməz...". Fuad Qəhrəmanlı bununla "söyüş qrupuna" təlimat ünvanlayaraq, qarşı tərəfi sətiraltı şəkildə təhqir etməyə çağırıb: "Onu "təbrik" edin dostlar".
Rauf Arifoğlu: "Siyasi iflasın ağuşundakılar illərdir virtual məkanı işğalda saxlayır"
Lakin Rauf Arifoğlu da Fuad Qəhrəmanlını və ona təhqirlər yağdıran Əli Kərimli dəstəsini cavabsız qoymayıb. O, qeyd edib ki, AXCP ona qarşı başlatdığı kampaniyanı yalnız virtual şəkildə apara bilər: "Hər şey virtuallaşır. Sevinc də, kədər də. Göz yaşları artıq virtual axır, taziyələr də artıq virtual verilir... Ağıl vermələrə alışqınıq - uğursuzluq simvolları, siyasi iflasın ağuşundakılar illərdir virtual məkanı işğalda saxlayır... Virtual ağılar da gəldi, oldu tamam…".
""Azadlıq" hakimiyyətdən aldığı 307 min manat pulu, iki evi, "əməkdar jurnalist" adını qaytaracaqmı?!"
"Yeni Müsavat"ın baş redaktoru bunula bağlı AXCP rəhbərliyinə bir xatırlatma da edib: ""Azadlıq" hakimiyyətdən aldığı 307 min manat pulu, iki evi, "Əməkdar jurnalist" adını qaytaracaqmı" sualını verən baş redkator daha sonra qeyd edib: "Bu yazını bir daha paylaşmaqda fayda var. Kərimlinin qəzetinin rəhbərləri (Şərifov Sücəddin Vaqif oğlu, Şirinov Elşən Nəriman oğlu - hər ikisi qəzetin faktiki rəhbərləridir) Prezident İlham Əliyevin verdiyi evlərdə yaşayır, əməkdaşları (Hüseynova Gültəkin Knyaz qızı) 5 il öncə "Əməkdar jurnalist" adı alıb. Amma bizə gələndə "məkruh" buyurur, möhtərəm".
"Əminəm ki, bədxahlarımı bundan sonra hələ çox, həm də lap çox işlədəcəm"
Rauf Arifoğlu eyni zamanda uzun illər üzvü olduğu Müsavat Partiyasından da istefa verdiyini bəyan edib və Əli Kərimlinin dəstəsinin ona heç bir təsir edə bilməyəcəyini bildirib: "Dostlar, 15 iyuldan etibarən partiyasız müsavatçıyam. Həm də 26 il bundan öncə olduğu kimi, Yeni Müsavatçıyam. Bu da mənim partiyadan istefa ərizəmin tam mətni. Yeri gəlmişkən, bu gün qəzetçi kimi dövlətin mənə etdiyi jestə görə təbrik yazan, zəng edən 100-lərlə vətəndaşımıza (yalnız inboxa 324 özəl təbrik gəlib), virtual dostlara təşəkkür edirəm. 140 nəfər təltif olunanı bir kənara buraxıb, yalnız mənimlə uğraşan kərimovçular dəstəsinə də bu önəmdən dolayı sağ olsunlar deyirəm. Bilirsiz, iflas olan, pərişan və darmadağın bir düşərgənin, yaxınlarının belə tərk etdiyi liderlərin haqqımda nə deməsinin qərar və addımlarıma zərrəcə təsiri yoxdur, olmayacaq! Əminəm ki, bədxahlarımı bundan sonra hələ çooox , həm də lap çox işlədəcəm"(sia).
Görünən odur ki, savaş hələ çoc davam edəcək. Müxalifətdaxili bu intriqanın seçki rərfəsi daha da şiddətlənəcəyi isə qaçılmazdır.
Rövşən
Digər Xəbərlər
2024-11-03 12:16:57
2024-11-03 10:40:33
2024-11-03 10:32:06
2024-11-03 09:42:33
2024-11-03 09:40:56
2024-11-03 09:14:57
2024-11-03 08:44:55
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24