Altı ayda 100-dən artıq vəzifəli şəxs cəzalandırılıb
10:49 23-07-2015
SİYASƏT
Hesablama Palatası dövlət qurumları tərəfindən I yarımillikdə 10 mln. manata yaxın vəsait satınalma proseduru olmadan xərcləndiyini aşkarlayıb
Hesablama Palatasının 2015-ci ilin 6 ayı ərzində kənar dövlət maliyyə nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumat yayıb.
"Unikal"ın məlumatına görə, bu ilin 6 ayı ərzində 107 Kollegiya qərarı qəbul edilib ki, onlardan 60-ı cari ilin İş planı əsasında həyata keçirilən nəzarət tədbirlərinin proqramları, 43-ü isə nəticələri ilə bağlı olub. Nəticələri ilə bağlı qəbul edilmiş kollegiya qərarları əsasında 50 quruma təqdimat göndərilib. Həmin təqdimatların 34%-ini yerli icra hakimiyyəti orqanlarına aid olub. Ötən illər üzrə qəbul olunmuş qərarların icrasının davamı olaraq və 2015-ci ilin hesabat dövründə görülmüş tədbirlərin nəticəsi kimi ümumilikdə 1 milyon 564,3 min manat dövlət vəsaitinin bərpası təmin edilib ki, bu da ötən il üzrə müvafiq göstəricidən 5,2% çoxdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa edilmiş pul vəsaitlərinin nöqsanlar üzrə tərkibi əsasən artıq əmək haqqı xərclərinin ödənişi, təmir-tikinti işlərinin dəyərinin artırılması və maddi dəyərlililərin çatışmazlığı ilə bağlı olub.
Hesabat dövründə təhvil verilməmiş 1 mln. 309,1 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların təhvil verilməsi, 352,5 min manat məbləğində iş və xidmətlərin görülməsi təmin edilib. Maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib.
2015-ci ilin 6 ayı ərzində nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885 mln. manat təşkil edib. Ümumi məbləğdən 9,8 mln. manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 mln. manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.
Həmçinin nəzarət tədbirləri nəticəsində bəzi müəssisələr üzrə debitor borcların həcminin bu müəssisənin həmin maddələr üzrə təsdiq olunmuş təyinat həcmində olması, bəzi müəssisələr üzrə debitor borcların müqavilə şərtlərinə uyğun aparılmaması halları müəyyən olunub, bəzi hallarda hətta zəmanət müddəti bitmiş debitor borcların mövcud olması aşkarlanıb ki, bu isə ümidsiz debitorların yaranmasına səbəb olub. Eyni zamanda, bir sıra hallarda tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol verildiyi də nəzarət tədbirlərində rast gəlinib.
Z.Məmmədli
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38