DYP-nin əməkdaşları Qusarda turistləri incidir?
17:59 27-07-2015
CƏMİYYƏT
Qusar rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi Haıcı Hacıyevdən narazılıq pik həddə çatıb.
Bu barədə Unikal.org-a məlumat verəş şəxsin sözlərinə görə, mövsüm başlayandan bəri Qusarın yol polisləri sanki ova çıxıblar: «Hacı Hacıyev turizm mövsümü başlayandan bəri tabeliyindəki əməkdaşların boynuna plan qoyub. O, mövsüm olduğunu əsas gətirərək, turistləri səbəb oldu-olmadı saxlamaq və onlardan pul tələb etmələrini tapşırıb.Özünə ən yaxın əməkdaşlardan olan Turab, Şakir və Pərvizə xüsusi səlahiyyətlər verib ki, istədiklərini eləsinlər, təki günün sonunda lazım olan məbləğ toplansın. Ən çox reyd isə Şahdağ yolunun üstündə həyata keçirilir, çünki bu yolda daha çox turist olur, özü də əsasən imkanlı şəxslər o yoldan istifadə edir. Hətta Hacı Hacıyev özü də reydə çıxır. O günün çox böyük hissəsini isə restoranlarda keçirir».
Bizi bilgiləndirən şəxs onu da deyib ki, H.Hacıyev əməkdaşlarına tapşırıb ki, müştəriləri onun resoranlarına yönəltsin. Yəni, bəzən dövlət məmurundan öz obyektlərinin reklamçısı kimi istifadə edir.
Qusar DYP rəisi ilə bağlı daha ilginc və detallı məlumatlara sahib olsaq da, hələlik bu barədə geniş informasiya vermirik. Qısa araşdırmadan sonra bu barədə təfsilatlı məlumatı oxucuların diqqətinə çatdıracağıq.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45