Azərbaycanda universitet rektoru qaçdı
09:27 29-07-2015
CƏMİYYƏT
Azərbaycanda universitet rektoru qaçdı
Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb.
Bu barədə universitetin məzunları şikayət ediblər. Məlumata görə, tələbələr adına saxta təqaüd kartları açan rektor Akif Süleymanov məsələnin üstü açılandan sonra qaçıb.
Korrupsiya ilə bağlı baş verənləri ANS-ə universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləyib.
Texnologiya Universitetinin rektor əvəzi Rövşən Rizvan oğlu Əliyevin verdiyi məlumata görə, 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb:
"Hesablama zamanı nazirliyin "təftiş komissiyası" bir çox nöqsanlar aşkarlayıb. Bu nöqsanlardan ən əsası odur ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib".
Mənimsəmə faktında adı olan Akif Süleymanovun harda olduğunu isə universitetdə bilən yoxdur. Onun sön olaraq Bakıda müalicə aldığı deyilib. Lakin hələ də tapılmır.
Rektorun mobil telefonuna zənglərimiz cavabsız qaldı. Onun ölkədən qaçdığı ehtimal edilir.
Maliyyə Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.
Hazırda adlarına saxta kartlar açılan tələbələr universitetə çağırılıb və idarə əməkdaşları tərəfindən dindirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Akif Şamil oğlu Süleymanov 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.
"Rektor Akif Sülemynov ölkədən qaçmayıb. Hazırda Bakıda müalicə olunur və avqustun 6-a qədər işə çıxmağı gözlənilir". Bu sözləri Modern.az-a açıqlamasında Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetininin rektor əvəzi Rövşən Əliyev deyib. O, qeyd edib ki, Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlayıb və maliyyə pozğunluqları ilə bağlı işi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verib.
"Cənab nazirin əmrinə əsasən rektor avqustun 6-a qədər məzuniyyətdədir. Hazırda telefonlarına zəng çatmır. Rektoru Prezident təyin edib. O, hara qaçacaq ki? Ölkənin qanunları var və qanunlardan heç kim kənara çıxa bilməz".
Korrupsiya hallarının olub-olmamasına toxunan R.Əliyev şikayətlər əsasında faktların qaldırıldığını vurğulayıb.
"Şikayətlər olub ki, faktlar qaldırılıb və Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılıb. Hazırda istintaq işi davam edir və ətraflı məlumat vermək mümkün deyil".
Şahin
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22