Komitə sədrinin müavini kriminal verilişlərə görə TV-lərə irad tutdu
09:29 29-07-2015
CƏMİYYƏT
Sədaqət Qəhrəmanova: "Kriminal xəbərin yayılması cəmiyyətdə aqresiya yaradır"
İyulun 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyinə həsr edilmiş "KİV-də qadın və uşaq problemləri" adlı tədbir keçirilib.
Mərasimi giriş sözü ilə açan komitənin sədr müavini Sədaqət Qəhrəmanova mətbutın 140 illiyi və prezident tərəfindən mükafatlandırılan jurnalistləri təbrik edib: "Mətbuat cəmiyyətin həyatında xüsusi rol oynayan informasiya daşıyıcısıdır. Əsasən də ailə, qadın məsələlərində jurnalistlərin rolu olduqca böyükdür. Mətbuatımızın tarixi "Əkinçi" qəzeti ilə başlayıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının yaranması jurnalistlərin problemlərinin həllində böyük rol oynayıb. Azərbaycan cəmiyyətinin inkişafında mətbuatın rolu böyükdür. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata verdiyi dəstəkdir. Mətbuat hər zaman ailə, qadın, uşaq problemlərinə də böyük yer ayır. Azərbaycanda ilk qadın qəzeti olan "İşıq"qəzetidir. Hazırda onu "İşıq"jurnalı əvəz edir. Jurnalda Azərbaycanda ailə, qadın, uşaq problemləri ilə bağlı həssas məqamlara yer ayrılır.
Mətbuatın ailə, qadın, uşaq problemlərini hər zaman işıqlandırır. Amma bizim vəzifəmiz televiziyalarda, mətbuatda problemli ailələri işıqlandırmaq deyil. Əsasən nümunəvi ailələrə televiziyalarda, mətbuata çıxarılmalıdır. Kriminal verilişlərin yayımlanmasını düzgün deyil. Çünki kriminal xəbərin yayılması cəmiyyətdə aqresiya yaradır. Məsələyə həssas yanaşmalı və cəmiyyətə müsbət fikir ötürməliyik".
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təfəkküroğlu çıxışında qadın və uşaq problemlərinin mətbuatda aktual mövzu olduğunu bildirib: "Biz öz vəzifələrimizi bilsək hüquqlarımızın pozulmasının qarşısını ala bilərik. Valideynlər uşaqlarına tərbiyə verən zaman ilk növbədə vəzifələrini öyrətməlidirlər. Televiziyalar, qəzet və saytlar ilk növbədə nümunə ola biləcək yazılar verməlidirlər. Bu zaman cəmiyyətdə neqativ halların qarşısı alınacaq".
"Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı bildirib ki, ailə, qadın və uşaqlarla bağlı məsələlərdə ilk növbədə problemdən çıxış yolu tapılmalıdır: "Ailədaxili problemlərin ictimailəşməsi cəmiyyətə ziyan vurur. Tarixən ailədaxili problemləri ağsaqqallar həll edib. Təəssüf ki, bu gün televiziyalarda işıqlandırılan mövzular milli dəyərlərimizi dağıtmağa xidmət edir. Qadınlar ilk növbədə özü güclü olmalı, atasından, həyat yoldaşından asılı olmamalıdır. Gənc qızlarımız, qadınlarımız təhsilin arxasınca getməlidir və bu yolda media onlara yol göstərməlidir. Onlar təhsilli olarsa, ailədə zorakılıq olmayacaq. Qadınların rəhbər vəzifəyə irəli çəkilməsi üçün kvotanın tətbiq olunmasına ehtiyac var".
Tədbirin sonunda komitə sıx əməkdaşlıq edən jurnalist və müxbirlər təltif olunub.
Sevinc
Digər Xəbərlər
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11