KİVDF və "AZAL" jurnalistləri mükafatlandırdı
11:24 30-07-2015
CƏMİYYƏT
KİVDF və "AZAL" jurnalistləri mükafatlandırdı
Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən "Sheraton" Hoteldə "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "AZAL"-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev, "AZAL"-ın I vitse-prezidenti Sabir İlyasov, ölkədə fəaliyyət göstərən qəzetlərin baş redaktorları və müsabiqəyə qatılan jurnalistlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan "AZAL"-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev Milli Mətbuatın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Daha sonra E. Hacıyev AZAL"-ın naliyyətlərindən söz açıb. E. Hacıyev "AZAL"ın sərnişindaşımada ən son model hava gəmilərindən istifadə etdiyini söyləyib: ""Hava gəmilərimiz azərbaycanlı gənclərimiz tərəfindən istehsal olunur. 20 il ərzində Azərbaycanın mülki aviasiyası şərəfli yol keçib. Fəxr hissi ilə qeyd etməliyik ki, "AZAL" "4 Ulduz" aviaşirkətlər sırasına daxil olub. MDB-də səviyyəsinə görə "AZAL" kimi 2-ci aviaşirkət yoxdur. Professional yoldaşlarımız bizə həsəd aparır".
Sonra çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqənin məqsədi Azərbaycan mülki aviasiyasının inkişaf mərhələlərinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq olub. İyunun 19-dan başlayan müsabiqə iyul ayının 15-dək davam edib. Bu müddətdə müsabiqəyə 50 yazı təqdim olunub və onlardan 16-sı qalib olub: "Respublikamızda milli mətbuatın 140 illiyi münasibətilə yubiley tədbirləri kecirilir. O tədbirlərdən birinə də, bu gün yıgışmışıq. İyun ayının 19-da KİVDF "AZAL"la birgə "Azərbaycan Mülki Aviasiyası keçmişi, bu günü və gələcəyi" mövzusunda müsabiqə elan etmişdi. KİVDF mütəmadi olaraq dövlət qurumları, nazirliklər, icra hakimiyyətləri ilə belə müsabiqələr keçirir. Bu müsabiqələrin keçirilməsinin məqsədi həmin sahə üzrə jurnalistlərin peşəkarlığını daha da artırmaq, onların əməyini stimullaşdırmaqdır. Bu müsabiqə "AZAL"la Fondun ilk əməkdaşlığıdır. İnanıram ki, bu müsabiqə "AZAL" la mətbuat arasında əlaqələrin yaranmasına, əməkdaşlığın daha da inkişafına təkan verəcək. Əminəm ki, bu əlaqələr "AZAL"ın mətbuat xidmətinə Paşa Kəsəmənskinin təyinatı ilə daha da güclənəcək. Biz artıq Paşa Kəsəmənskinin bu sahəyə təyinatından sonra mətbuatla əlaqələrin yarandığını görürük. Son illər "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində böyük inkişaf var. Sadəcə görülən işlər ictimaiyyətə çatdırılmırdı. Mətbuatla nə qədər sıx əlaqə olsa insanlar da görülən işlərdən xəbərdar olar, əgər hər hansı problem varsa bu da rəhbərliyə çatdırılaraq qısa zamanda öz həllini tapar".
V. Səfərli Fondun "AZAL" la birgə keçirdiyi müsabiqəyə 31 KİV-in qatıldığını söyləyib. Sonda müsabiqədə qalib gələn jurnalistlər mükafatlandırılıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22