Şeyx Şaraşenidze ilə görüşüb
11:26 30-07-2015
CƏMİYYƏT
Şeyx Şaraşenidze ilə görüşüb
İyulun 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Pravoslav Kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
QMİN-nin mətbuat xidmətindən bildirilib ki, A.Paşazadə bildirib ki, bu səfər Azərbaycan və gürcü xalqlarının dostluq və qardaşlığı, Qafqazda mehriban qonşuluq əlaqələrinin inkişafı üçün olduqca dəyərli olacaq və bu əlaqələrin daha da dərinləşməsi istiqamətində dini liderlər olaraq əllərindən gələni bundan sonra da əsirgəməyəcəklər.
Azərbaycanda müxtəlif din ardıcılları arasında mövcud dini tolerantlıq nümunəsini özləri üçün dəyərli örnək kimi qiymətləndirən qonaq Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə xələl gətirmək istəyində olanların istəklərinə çatmayacaqlarını xüsusi vurğulayıb.
Söhbət zamanı QMİ ilə Gürcüstan Patriarxlığı arasında səmərəli əməkdaşlıq əlaqələri və inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze, Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak ediblər.
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:10:22
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22