Elmar Məmmədyarov İsrail səfirini qəbul edib

Elmar Məmmədyarov İsrail səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İsrail səfiri Rafael Harpazı Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat ximdətindən "Unikal"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Səfir Rafael Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov Azərbaycanla İsrail arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə təşəkkürünü bildirib, ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Toğrul