Rusiya Azərbaycanın yüksək icarə haqqı tələb etməsi səbəbindən Qəbələ RLS-dən imtina edə bilər
12:38 25-05-2012
SİYASƏT
Rusiya Azərbaycanın yüksək icarə haqqı tələb etməsi səbəbindən Qəbələ RLS-dən imtina edə bilər
Rusiya Müdafiə Nazirliyi: "Azərbaycanın istədiyi illik icarə haqqına Rusiyada Qəbələ RLS kimi iki obyekt tikmək olar"
Qabil Hüseynli: "Rusiya Azərbaycana münasibətdə xəsislik edir"
Nazirlikdəki mənbə "İnterfaks-ABN" saytına deyib ki, Rusiya Müdafiə Nazirliyi Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin artırılması məsələsinə Azərbaycanın qeyri-konstruktiv yanaşmasından məyus olub.
Mənbənin sözlərinə görə, illik icarə haqqının əsassız olaraq dəfələrlə artırılması Moskvada anlaşılmazlıq doğurur: "Bir illik icarə üçün ödənilən məbləğə Rusiya ərazisində iki belə stansiya tikmək olar. Bundan başqa Qəbələ RLS ciddi şəkildə modernizasiya olunmalıdır ki, bu da kifayət qədər maliyyə xərci tələb edir. Buna görə də Rusiya modernizasiya xərclərinin özünü doğrultması üçün bu stansiyadan, ən azı, 10-15 il istifadə etməkdə maraqlıdır".
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, "Rusiya tərəfi yenə də Azərbaycana qarşı qeyri-səmimi davranır. Onlar iddia edirlər ki, Azərbaycanın bir il üçün tələb etdiyi pula iki-üç RLS tikmək olar. Bu, yanlış informasiyadır və təbliğat üçün, obıvatel səviyyəli publikaya hesablanıb".
Politoloqun dediyinə görə, "Azərbaycan indiyə qədər bu RLS-ə görə Rusiyadan qəpik-quruş, yəni ildə, vur-tut, 7 milyon ABŞ dolları təzminat alırdı. Və dövlət rəsmilərimniz haqlı olaraq bu ildən etbarən bu qiyməti 300 milyon ABŞ dollarına qaldırıblar. Rusiyalı mütəxəssislər çox gözəl bilirlər ki, yenidən belə bir RLS inşa etmək üçün 2,5-3 milyard ABŞ dolları civarında vəsait tələb olunur. Bu vəsaiti ortalığa qoymaq isə indiki Ruisya iqtisadiyyatı üçün ciddi problemdir. Təkcə bu fakta görə deyirəm ki, Rusiya qeyri-səmimi davranır".
Politoloqun dediyinə əsasən, "Rusiya Ermənistanda yerləşdirdiyi hərbi bvazalar üçün müxtəlif vaxtlarda natural şəkildə iriməbləğli ödənişlər edib. Azərbaycan ictimaiyyəti yaxşı xatırlayır ki, Ermənistana bir dəfə bir milyard dolarlıq silah və hərbi texnika, iknci dəfə 800 milyon dollardan çox dəyəri olan hərbi texnika bağışlayıb. Amma Azərbaycana gələndə Ruisya xəsislik edir. Rusiya sanki "unudur" ki, Qəbələdəki RLS bu dövlətin bütün cənub sərhədlərini mümkün hava hücumlarından qorumaq baxımından əvəzsiz bir kəşfiyyat qurğusudur. Bəs Azərbaycana bunun əvəzində nə qalır? Korlanmış ekologiya, sağalmaz xəstəliklər. Qəbələ rayonu ölkəmizin ən səfalı kurort guşələrindən biridir. O RLS olmasaydı, Azərbaycan turizmdən hər il əlavə olaraq 600 milyon dollardan çox qazanc götürə bilərdi. Faktiki olaraq Rusiyanın milli maraqları, təhlükəsizlik sərhədləri naminə Azərbaycan böyük bir gəlirdən məhrum olub. Əvəzində isə hərt il onlarla vətəndaşımız sağalmaz xəstəliklərə tutulur, bölgənin bitki örtüyü məhv olur, nadir ağaclar quruyur, çöl heyvanlarının miqdarı azalır".
Qabil Hüseynlinin fikrincə, "Son zamanlar Rusiyanın Azərbaycana münasibətində bir soyuqluq əmələ gəlib. Bu münasibət Xəzər dənizinin sektorlara bölünməsi məsələsində daha çox təzahür edir. Belə ki Rusiya artıq bu məsələdə də dəbbələməyə başlayıb. Əvvəllər Ruysiya Xzzərin sektorlara bölünməsinə tərəfdar idi. İranla apardığı müəyyən danışıqlardan sonar indi də Xəzərin bölünməsinə kompleks yanaşmanın tərəfdarı olduğunu bəyan edir. Yəni Xəzər dənizi faktiki olaraq heç kimə məxsus olmayacaq. Bu konsepsiya qəbul edilərsə, real hüquqi status alarsa, Xəzər ətrafındakı güclü ölkələrin zəif ölkələrə öz şərtlərini diqtə etməyə imkan verəcək."
Sakit
Digər Xəbərlər
2024-11-22 16:52:45
2024-11-22 16:39:03
2024-11-22 16:22:26
2024-11-22 16:16:52
2024-11-22 12:08:23
2024-11-22 11:55:21
2024-11-21 23:44:15
2024-11-21 16:33:31
2024-11-21 15:56:17
2024-11-20 20:48:42
2024-11-20 18:18:44
2024-11-20 16:00:24
2024-11-20 14:48:12
2024-11-20 11:23:54
2024-11-20 10:14:04
2024-11-20 09:55:06
2024-11-20 01:08:25
2024-11-20 00:15:08
2024-11-19 18:39:46