Hüseyn Bağırov Qazaxda vətəndaşları qəbul edib
13:22 07-08-2015
CƏMİYYƏT
Hüseyn Bağırov Qazaxda vətəndaşları qəbul edib
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qazaxda vətəndaşları qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Qazax Olimpiya Kompleksində keçirilən görüşdə Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşlar iştirak edib.
Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Hüseyn
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15