Cəmil Həsənlinin yeni xəyanət planı
09:43 18-08-2015
CƏMİYYƏT
Cəmil Həsənlinin yeni xəyanət planı
Milli Şura sədri Avropaya səfərə hazırlaşır; onun Azərbaycanın əleyhinə olan çevrələrlə görüşləri planlaşdırılıb
Milli Şuranın sədri Cəmil Həsənli yaxın günlərdə Avropaya səfərə hazırlaşır. Bununla bağlı "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, AXCP sədri Əli Kərimlinin əlində oyuncağa çevrilmiş qoca professorun sözügedən səfərini də məhz AXCP sədri düzənləyib.
Mənbəmizin sözlərinə görə, ABŞ səfirliyindəki məxfi danışıqların məntiqi sonluğu kimi ortaya çıxan və yaxın günlər üçün planlaşdırılan həmin səfərdə Qərbin bir sıra siya çevrələri ilə müxtəlif görüşlər nəzərdə tutulub: "Əslində həmin səfərə AXCP sədri Əli Kərimli özü şəxsən getmək istəyirdi. Amma məlum olduğu kimi onun xarici pasportu olmadığından xaricə çıxışı yasaqlanıb, bu halda isə Əli Kərimli Avropaya özü yerinə Cəmil Həsənlini göndərmək qərarına gəlib. Qərbdə azərbaycan əleyhinə fəaliyyət göstərən qruplarla keçiriləcək görüşlərin ana mövzusu isə Azərbaycanda bu ilin noyabrında keçiriləcək parlament seçkiləridir."
Belə ki, daxili auditoriyada təklənən, ictimai dəstəkdən tamamilə məhrum olan Əli Kərimli və azsaylı dəstəsi seçkilərdə hansısa nəticə əldə edəcəyinə şübhə edir. Odur ki, Qərbdəki dostları vasitəsilə formalaşacaq parlamentə düşmək üçün hərəkətə keçən Əli Kərimli bu yöndəki fəaliyyətini sürətləndirmək qərarına gəlib: "Əli Kərimli özü də yaxşı başa düşür ki, özünün parlamentə düşməsi qeyri mümkündür. O isə heç olmasa prezident seçkilərində radikal müxalifəti təmsil etmiş Cəmil Həsənlininin Milli Məclisdə təmsilçiliyinə çalışır. Plan isə bundan ibarətdir ki, Qərbin siyasi dairələri Azərbaycan hakimiyyətinə təzyiqlər edərək, Milli Şura sədrinin deputat mandatı ilə təminatına nail olmaq istəyirlər".
Cəmil Həsənlinin Avropadakı ağalarına təqdim edəcəyi yeni xəyanət planının digər təfərrüatları isə radikallar cəbhəsinin gücləndirilməsi ilə bağlıdır. Məlum olduğu kimi, hazırda istər AXCP, istərsə də AXCP-nin bir qədər genişləndirilmiş forması olan Milli Şura özünün ən böhranlı günlərini yaşayır. Adıçəkilən hər iki qurumdan istefalar dönməz xarakter alıb, bu istefaların seçkilərə qədər daha intensiv şəkil alacağı isə şübhə doğurmur. Belə bir acınacaqlı durumla parlament seçkilərinə qatılmağın arzuolunmazlığını başa düşən Əli Kərimli-Cəmil Həsənli cütlüyü isə "süni nəfəslə" vəziyyətdən çıxamağa çalışır.
Milli Şura sədrinin Avropadakı görüşlərdə həll etməyə çalışacağı məsələlərdən biri də məhz radikallar cəbhəsində "yeni vitrin" taktikasını həyata keçirməkdir. Belə ki, istefa verərək düşərgəni tərk edənlərin vurduğu ziyanı yeni simalar hesabına kompensasiya etməyio düşünən Cəmil Həsənli başabəla səfir Arif Məmmədovun Milli Şurada təmsilçiliyinə nail olmaq istəyir. Onun bu məqsədlə həm Arif Məmmədovun özü ilə, həm də Avropadakı ağaları ilə intensiv görüşlər keçirəcəyi planlaşdırılır. Əldə etdiyimiz məlumatlara görə, danışıqlar uğurla başa çatacaqsa Arif Məmmədova Milli Şurada yüksək bir post da həvalə ediləcək. Bununla da radikallar üzləşdikləri istefalar dalğasını bir qədər zəiflədəcəklərini düşünürlər.
Səfər çərçivəsində eyni zamanda Azərbaycan hakimiyyətinə qarşı Avropada daha böyük dirənişin təmin edilməsi kimi xəyanətkar planlar da müzakirəyə çıxarılacaq. Eyni zamanda Cəmil Həsənlinin nəzərdə tutulan Avropa turnesində həll etməyə çalışdığı başlıca məsələlərdən biri də maliyyədir. Qərbin bəlli dairələrindən parlament seçkiləri üçün daha böyük məbləğlər qopartmaq istəyində olan Cəmil Həsənli bunun qarşılığında hansı xəyanətləri vəd edəcəyi isə bəlli deyil. Amma necə deyərlər, cidanı çuvalda gizlətmək olmur. Sözügedən səfərin yekunlaşmasından sonra isə bütün qaranlıqlara aydınlıq gətiriləcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22