Arif Hacılı Cəmil Həsənlinin təklifini zərərli sayır
09:55 18-08-2015
CƏMİYYƏT
Milli Şura seçkilərlə bağlı qərarını hələ də verməyib. Amma mətbuatda gedən məlumatlara görə, Şura üzvlər arasında seçkilərdə iştirak etməyin əleyhinə olanlar kifayət qədərdir. Məsələn, qurumun yetkililərindən olan Vidadi Mirkamal boykot tərəfdarı olduğunu bildirib.
Amma Milli Şura üzvü Eldəniz Quliyev indidən boykotla bağlı açıqlamalar verilməsini ziyanlı sayıb və qeyd edib ki, Şura seçkilərdə iştirakla bağlı müzakirələr aparmadığından kimlərinsə konkret fikirlər səsləndirməsi zərərlidir.
Milli Şuranın sədri Cəmil Həsənli isə boykot tərəfdarı olanların arqumentlərini gücləndirib və bildirib ki, o, seçkilərdə iştirakın tərəfdarı deyil: "Uyğun şərait olarsa, Milli Şura seçkilərə qatıla bilər. Şəxsən mən seçkilərə qatılmamağa qərarlıyam".
C.Həsənlidən fərqli olaraq Müsavat Partiyasının başqanı Arif Hacılı boykotu zərərli hesab edir: "Seçkilərdə iştirak edərək siyasi prosesə qoşulmaq seçkiləri boykot etməkdən daha səmərəlidir. Çünki boykot siyasəti faktiki olaraq hər hansı bir siyasi qüvvənin və ya siyasi xadimin özünü siyasi prosesindən kənarlaşdırması ilə nəticələnir. Biz 1998-ci ildə və 2008-ci ildə keçirilən prezident seçkilərini boykot etmişik. Bu, nə müxalifətin, nə də cəmiyyətin mənafelərinə uyğun oldu".
Digər Xəbərlər
2024-11-27 19:19:04
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:10:22
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44