Ermənistanda dollar bahalaşdı
12:40 30-05-2012
İQTİSADİYYAT
Ölkədə hər şey bir-birinə dəyib, hökumət bahalaşmanın səbəbi ilə bağlı əzcaib bəhanə tapıb
Ermənistanda dollar gözlənilmədən bahalaşıb. Aprel ayına nisbətən 10 faiz bahalaşan 1 dollar hazırda 415 drama qalxıb. Xarici valyutanın qiymətə minməsi isə işğalçı ölkənin iqtisadiyyatını bir-birinə vurub. Tamamilə xaricdən gətirilən mallardan asılı olan Ermənistanda vəziyyətin pisləşməsi isə əsasən ərzaq məhsullarının bahalaşması ilə əlaqədardır.
Erməni mətbuatı bununla bağlı məlumat yayıb ki, artıq yerli dükan və bazarlarda məhsulların qiyməti sürətlə artmağa başlayıb. Bəzi kənd təsərrüfatı mallarını çıxmaq şərti ilə yerdə qalan məhsulların bahalaşması isə onsuz da ağır vəziyyətdə olan erməniləri daha da ağır vəziyyətə salıb. Artıq bəzi şəhərlərdə bununla bağlı ilkin etirazlar da baş qaldırıb. İlkin məlumatlara görə, Spitak, Gümrü və daha bir neçə rayonda sakinlər küçələrə çıxaraq, qiymətlərin sürətlə bahalaşmasına etirazlarını bildiriblər. Durumun bu şəkil alması fonunda etirazların bütün ölkəyə yayıla biləcəyi isə istisna edilmir.
İrəvan hakimiyyəti vəziyyətdən çıxmaq üçün məmurları deyil, iqtisadçıları qabağa verməyə başlayıb. Onları dili ilə "elmi əsaslandırma" aparmağa çalışan Sarkisyan hakimiyyəti erməniləri inandırmağa çalışır ki, dolların bahalaşması müvəqqəti xarakter daşıyır və tezliklə hər şey yoluna düşəcək. Hətta bəzi erməni iqtisadçılar bir qədər də irəli gedərək, dolların bahalaşmasını "mövsümi xarakter" daşıdığını iddia edirlər.
Onlardan biri Ayk Mnasakanyan bildirib ki, Ermənistanda dolların bahalaşması proqnozlaşdırılan olmasa da, bahalaşıb. O iddia edir ki, vəziyyətin belə bir şəkil alması müvəqqətidir və mövsümi xarakter daşıyır. Ayk Mnasakanyan onu da vurğulayıb ki, dolların qiymətinin bahalaşması ölkənin fond birjasına heç bir təsir göstərməyəcək. "Dolların bahalaşması əsasən ermənilərin bu pula olan marağından irəli gəlir. Xüsusən də yay fəslinin yaxınlaşması həmin pulun yığılmasını sürətləndirib. Çünki ermənilər yayda başqa ölkələrdə istirahət etməyə üstünlük verirlər. Yay başa çatdıqdan sonra durum yenə də düzələcək".
Doğrusu, erməni ekspertin məntiqinə "heyran" qalmamaq olmur. Əvvəla dolların bahalaşmasının mövsümlə nə əlaqəsi var? İkincisi isə ermənilərin iqtisadi vəziyyətləri göz qabağındadır. Az qala acından ölən bu ölkənin adamları xaricdə istirahət etmək haqqında düşünə biləcək səviyyədə deyillər. Buradan belə görünür ki, Sarkisyan hakimiyyəti erməniləri sakitləşdirmək üçün maraqlı nağıllar fikirləşib. O, dünyada heç bir ölkədə baş verməyən və təcrübədə görünməyən bir hadisənin Ermənistanda baş verdiyini nümayiş etdirməklə ermənilərin "unikal millət" olduğunu demək istəyib.
Namiq
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40