Tornaçı, fəhlə, maşinist köməkçisi...
09:31 30-09-2015
CƏMİYYƏT
Azərbaycanlı nazirlərin ilk iş yerləri hara olub?
qaynar.info Azərbaycan Nazirlər Kabineti üzvlərinin ilk iş yerlərini araşdırıb. Artaşdırma nəticəsində məlum olub ki:
Baş nazir Artur Rəsizadə iş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb.
Baş nazirin 1-ci müavini Yaqub Eyyubov isə əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi start verib.
Baş nazirin müavinlərindən Abid Şərifovun ilk iş yeri 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası, Əli Əhmədovun ilk iş yeri 1975-ci ildə Baş Arxivlər İdarəsinin baş elmi işçisi, İsmət Abbasovun ilk iş yeri isə 1976-cı ildə Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis olub.
Xarici işlər naziri Elmar Məmmədyarovun ilk iş yeri 1982-ci ildə Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib vəzifəsidir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov hələ institut illərində (1978-1984) işləməyə başlayıb - bu müddətdə o, fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi kimi çalışıb.
Nəqliyyat naziri Ziya Məmmədov əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb.
Maliyyə naziri Samir Şərifov iş fəaliyyətinə . 1983-cü ildə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində iqtisadçı olaraq start verib.
Vergilər naziri Fazil Məmmədovun ilk iş yeri 1987- ildə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı vəzifəsidir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əmək fəaliyyətinə 1990-cı ildə Bakı Baş Tikinti İdarəsində baş mühasib, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində texnik, gənclər və idman naziri Azad Rəhimov 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi olaraq başlayıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının ilk iş yeri 1993-cü ildə Aqrar Sənaye Bankının mühasibat uçotu idarəsində iqtisadçı, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun ilk iş yeri 1992-ci ildə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim, energetika naziri Natiq Əliyev isə 1970-ci ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azdənizneftkəşfiyyat" trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda mühəndis vəzifəsidir.
Ədliyyə naziri Fikrət Məmmədov əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi, müdafiə sənayesi naziri Yavər Camalov isə 1972 - ci ildə "Siyəzənneft" Neftqazçıxarma idarəsinin operatoru kimi başlayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun ilk iş yeri 1959-cu ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis olub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əmək fəaliyyətinə 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim olaraq start verib.
İlkin Hüseynli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18