QHT-lərə Dövlət Dəstəyi Şurası layihələrə 50000 manat xərcləyib
13:03 31-05-2012
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Şurası layihələrə 50000 manat xərcləyib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Avroviziya-2012" ilə bağlı maliyyələşdirdiyi QHT layihələrinin yekunlarına həsr olunmuş toplantı keçirib.
Şuranın mətbuat xidmətindən daxil olan xəbərə görə, toplantını Şura sədri Azay Quliyev açaraq, bütün Avropa mədəniyyəti və ölkəmiz üçün böyük əhəmiyyət daşıyan "Avroviziya-2012" Mahnı Müsabiqəsinin Azərbaycanda uğurla keçməsində prezident İlham Əliyevin və təşkilat komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük zəhməti olduğunu diqqətə çatdırıb.
A.Quliyev bildirib ki, "Avroviziya-2012" Mahnı Müsabiqəsi çərçivəsində həyata keçirilən tədbirlərə ictimai dəstəyin verilməsi üçün Şura maliyyələşdirdiyi layihələrə 50000 manata yaxın vəsait ayırıb.
Toplantıda "Avroviziya-2012" Mahnı Müsabiqəsinin ölkəmizdə uğurla keçirilməsilə bağlı Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Müraciətdə "Avroviziya-2012" Mahnı Müsabiqəsinin uğurla keçirilməsi və bütün dünyanın gözü qarşısında ən yüksək təşkilati-texniki, mədəni-etik standartlara uyğun şəkildə başa çatması münasibətilə prezident İlham Əliyev və tədbirin təşkilat komitəsinin sədri, ölkəninin birinci xanımı Mehriban Əliyeva təbrik edilib: "Bu, Avropa ölkələri arasında bir mahnı yarışması olsa da, ölkəmizin tarixində ev sahibliyi etdiyimiz, bütün dünyanın diqqətini Azərbaycana yönəldən ilk və ən populyar mədəniyyət tədbiri idi. Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan dövləti bu imtahandan üzü ağ, alnı açıq və öz beynəlxalq nüfuzunu artıraraq çıxdı".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35