Ermənistanda ordu böhranı yaşanır
11:59 03-10-2015
İQTİSADİYYAT
uşaqlarını cəbhə bölgəsinə yollamaq istəmir, işğalçı dövlət yetimlərin ümidinə qalıb...
Son zamanlar düşmənlə təmas xəttində artan gərginlik, Azərbaycan ordusunun ermənilərin təxribatlarına verdiyi layiqli və qətiyyətli cavab cəbhə bölgəsində yaşayan erməniləri vahiməyə salıb. Məlumdur ki, artıq təmas xəttində yerləşən bəzi yaşayış məntəqələrində ermənilərin kütləvi köçü başlayıb, prosesin bundan sonra daha dönməz xarakter alacağı isə gözləniləndir. Bu arada isə vahimənin təkcə təmas xəttində deyil, hətta Ermənistanın cəbhədən xeyli aralı olan yaşayış məntəqələrinə keçdiyi də daxil olan informasiyalar arasındadır. Artıq Ermənistanda valideynlər öz uşaqlarını Qarabağda hərbi xidmət keçməyə qoymur, hökumət isə ciddi etirazların başlayacağından əndişələnərək, problemdən "orijinal çıxış yolu" tapıb.
Daxil olan məlumatlara görə, indi Ermənistan tərəfi cəbhəyə ata-anasız yetim uşaqları yığmağa başlayıb. Belə ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisində Azərbaycana qarşı döyüşən erməni əsgərlərinin qeyri-qanuni yollarla hərbi xidmətə cəlb edildiyi məlum olub. Ötən gün ağır döyüşlər zamanı həlak olmuş Robert Mkrtçyan Yerevandan hərbi xidmətə çağırılıb. Ermənistan KİV-i yazır ki, əsgər ailənin tək uşağı olub. Bununla yanaşı, Robertin atası dünyasını dəyişdiyi üçün qanunla o, ailəsinin yaşadığı yerə yaxın ərazidə xidmət etməlidir. Buna baxmayaraq, erməni gənci hərbi xidmətə Ağdərəyə göndərilib. Ermənistan qanunvericiliyinə əsasən ailədə həddi-buluğa çatmış digər övladlar, bacı və ya qardaş yoxdursa, həmçinin ailə üzvlərindən biri dünyasını dəyişibsə, hərbi xidmətə çağırılmış şəxs yaşadığı yerdən uzaq bölgəyə hərbi xidmətə çağrıla bilməz.
Görünür Ermənistan Müdafiə Nazirliyi çarəsizlikdən yetim erməni gənclərini də ordu sıralarına cəlb etmək məcburiyyətində qalıb. Xatırladaq ki, ön cəbhədə döyüşən erməni əsgərlərinin böyük bir hissəsi muzdlu döyüşçülərdir. Yəni, əsgərlər vətən sevgisi ilə deyil, məhz pul müqabilində erməni postlarında keşik çəkir. Muzdlu döyüşçülər Ermənistana vətən kimi deyil, gəlir mənbəyi kimi baxırlar. Hərbiyə çağrılan əsgərlər arasında çox sayda yetim, türmə həyatı keçmiş şəxslər, narkotik aludəçiləri və əlil şəxslər də var.
Bu arada isə Rusiyalı bloger Sergey Yevstifeyevin bir müddət öncə Ermənistan ordusunun real durumunu əks etdirən qeydlərinə nəzər salmaq pis olmazdı. O, Ermənistanın Qafan şəhərinə səfəri zamanı söhbət etdiyi 70 yaşlı kilsə xidmətçisi Ermənistan ordusu barədə ifşaedici fikirlər söyləyib.
Rusiyalı blogerin "Youtube"a yerləşdirdiyi videoda yer almış Edik adlı erməni keşiş 1963-1966-cı illərdə Rusiyanın Sankt-Peterburq şəhərində əsgəri xidmətdə olduğunu söyləyib. Onun sözlərinə görə, hazırdakı Ermənistan ordusunda heç bir nizam-intizam yoxdur və əhali Sovet illərinin nastaljisi ilə yaşayır.
"Onda dövlət var idi, indi hər şey batıb. Orduda hər şeyə görə pul tələb edirlər. Əgər pul verməsən, baxmırlar. Sovet dövründə iş vardı, pul vardı. Onda ət də yeyirdik, kolbasa da yeyirdik. Hamı qaçıb. Müharibədən, işsizlikdən qaçıblar. Leninqrada, Moskvaya, bütün Rusiyaya səpələniblər. Mən əlilləm, mənə 305 rubl (9 dollar) verirlər, buna yaşamaq olar?",- deyə yaşlı keşiş vurğulayıb.
Göründüyü kimi, Ermənistan prezidenti Serj Sarkisyanın "müharibəyə hazırıq" kimi bəyanatları əslində qorxu hissini üstələmək cəhdi olmaqla yanaşı həm də daxili auditoriyanı sakitləşdirməyə hesablanıb. Reallıqda isə Ermənistan hakimiyyəti özlərinin və Azərbaycan ordusunun gücü haqda ətraflı məlumata malikdir və onlar müharibə olacağı təqdirdə Ermənistanı hansı acınacaqlı gələcəyin gözlədiyini hamıdan yaxşı bilirlər.
Elvin
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53