Nazir Səlim Müslümov İƏT-in əmək nazirlərinin konfransında iştirak edəcək
13:57 26-10-2015
SİYASƏT
Oktyabrın 28-30-da İndoneziyanın Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin III konfransı keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
Konfransda təşkilata üzv ölkələrdə əmək bazarının inkişafı, işsizliyin və yoxsulluğun azaldılması, əməyin mühafizəsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, gənclərin və qadınların məşğulluğunun dəstəklənməsi, inkluziv əmək bazarının yaradılması, qarşılıqlı təcrübə mübadilələrinin aparılması və s. məsələlər müzakirə olunacaq. Habelə tədbir iştirakçıları İƏT ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Təşkilatın Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin təsis sənədləri üzrə müzakirələrin aparılması da konfransın gündəliyindədir.
İƏT əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilən II konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Azərbaycan prezidenti tərəfindən təşkilatın Bakıda Əmək Mərkəzinin yaradılması təşəbbüsü irəli sürülüb. Təşəbbüs konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib və bununla bağlı müvafiq işlərə başlanılıb.
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38