XİN Minsk qrupunun fəaliyyətini kəskin tənqid etdi
12:20 11-11-2015
CƏMİYYƏT
Hikmət Hacıyev: "Bu, Ermənistanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir"
Rəsmi Ermənistanın Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin üzvü Robert Uolter tərəfindən hazırlanmış hesabata və komitənin qəbul etdiyi müvafiq qətnaməyə isterik münasibəti bariz şəkildə Ermənistanın xüsusi narahatlığı və təşviş içərisində olmasından xəbər verir.
Bunu Xarici Işlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransında səslənən fikirləri şərh edərkən bildirib.
H.Hacıyev qeyd edib ki, bu, Ermənistanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir: "Noyabrın 9-da Ermənistan və Rusiya xarici işlər nazirlərinin Yerevanda keçirilmiş birgə mətbuat konfransında sözügedən hesabat müzakirə mövzusu olub. Biz də mətbuat konfransında münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi, Ermənistan və Azərbaycan arasında olan razılıq əsasında ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərməsi barəsində olan fikri bölüşürük".
XİN sözçüsü qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli 525/95 saylı ATƏT sənədində də həmsədrlərin öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələri (822, 853, 874, 884), BMT Nizamnaməsi və ATƏT-in Budapeşt Sammitinin qərarlarını rəhbər tutmaları və BMT TŞ-nın qətnamələrinin icrası haqqında BMT TŞ-nın Prezidenti və BMT-nin Baş Katibinə hesabat vermələri təsbit olunub: "Xarici İşlər Nazirliyi dəfələrlə öz narazılığını bildirib ki, ATƏT MQ-nin həmsədrləri BMT TŞ tərəfindən ona verilən mandatı hələ ki doğrultmayıb. 20 ildən artıq dövr ərzində ATƏT-in MQ-i münaqişənin həll edilməsində hər hansı irəliləyişə nail olmayıb, obrazlı şəkildə desək, Ermənistan silahlı qüvvələrinin bir əsgəri belə işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyib və bir qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasına qayıtmayıb".
H.Hacıyev sonra qeyd edib ki, bunun da əsas səbəbi ATƏT MQ-nin Ermənistanın Azərbaycan ərazilərini davam edən işğalına münasibətdə barışdırıcı mövqeyidir: "Çox təəssüf ki, Ermənistanın dəstəyi ilə ATƏT MQ-nin həmsədrlərinin sülh prosesini inhisara almaq və mövcud status-kovunu olduğu kimi saxlamağa cəhd göstərmələri barəsində hələ də güclü qənaət vardır. Azərbaycan beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavüzü, ərazilərinin işğalı, işğal olunmuş ərazilərində törədilmiş dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması haqqında məlumatlandırmağa dair öz təcrübəsini və fəaliyyətini davam etdirir".
XİN rəsmisi bildirib ki, ATƏT MQ-nin həmsədrləri BMT TŞ-nın qeyd olunan qətnamələrində və həmsədr ölkələrin Prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında təsbit olunduğu kimi sülh danışıqlarında irəliləyişə nail olmaq üçün səylərini artırmalıdırlar: "Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün malik olduğu bütün vasitələrdən istifadə edəcəkdir".
T.Əliyev
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07