KIVDF-dən jurnalistlərə növbəti imkan
08:14 12-11-2015
CƏMİYYƏT
Fond 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist müsabiqəsi elan edib
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.
1. Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi;
2. Cari məsələlər.
Müşahidə Şurasının sədri gündəlikdə olan birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunacaq növbəti ənənəvi müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edəcəyini bildirib. Vüqar Səfərli müsabiqənin şərtlərinin olduğu kimi saxlanılmasını, hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu təklif edib. İcraçı direktor bildirib ki, ümumilikdə 19 istiqamət üzrə 114 nəfər jurnalistin mükafatlandırılması nəzərdə tutulur.
Sonra birinci məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən Rəşad Məcid və Müşviq Ələsgərli təklifi müsbət dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Müzakirələrin yekununda müsabiqənin 2015-ci il noyabrın 13-dən dekabrın 15-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsini elan edib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq 19 istiqamət üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:
Yazıların qəbulu 13 noyabr 2015-ci il tarixində başlayır, 15 dekabr 2015-ci il tarixdə başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Hər istiqamət üzrə 6 qalib müəyyən edilir
I yer üçün bir nəfər (500 AZN)
II yer üçün iki nəfər (400 AZN)
III yer üçün üç nəfər (300 AZN)
Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18