Qarabağ məsələsi yenə gündəmdə
11:51 05-06-2012
İQTİSADİYYAT
Qarabağ məsələsi yenə gündəmdə
ABŞ vasitəçilk missiyasını üzərinə götürür
ABŞ dövlət Katibinin Azərbaycana və ümumilikdə regiona səfəri bir sıra məsələlərlə yanaşı, dağlıq Qarabağ məsələsini də yenidən gündəmə gətirdi. Özüdə hansı məqamda? O məqamdakı Rusiya -Azərbaycan münasibətləri kifayət qədər gərgin, Rusiya-Ermənistan əlaqələri yeni mərhələyə keçməkdə, Avropa Azərbaycana qarşı basqıları artırmaqdadır.
Bütübn bunlar isə nəticə də regionda balansın pozulması, Ermənistanın yeni imkanlar qazanması deməkdir. Diqqət yetirin, İranla Azərbaycan münasibətləri nə qədər gərgindirsə, İranla Ermənistan münasibətləri son bir neçə ayda daha da istiləşib və hesab etmək olar ki, bəlkə də qapalı şəkildə iki ölkə arasında ciddi hərbi əməkdaşlıqda yaradıla bilinər. Digər tərəfdən Rusiya və Ermənistan arasında da artıq əməkdaşlığın ikinci mərhələsi başlayıb. Azərbaycanla münasibətləri hansısa səbəbdən gərgin olan Vladimir Putin Ermənistanla əməkdaşlığı daha da dərinləşdirmək istəyir. Məhz bunun nəticəsi olaraq Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəsmisi açıq şəkildə bəyan etdi ki, Ermənistana qarşı hərbi əməliyyatlar olarsa Rusiya dərhal məsələyə, Ermənistanın xeyrinə müdaxilə edəcək. Çünki Rusiya ortada bir İsrail-Azərbaycan əməkdaşlığı görür və bunun qarşısını almaq üçün maksimum dərəcə də çalışacaq ki, regionda Ermənistanın imkanları genişlənsin. Çox təssüflər ki, hazır ki, mərhələ də Avropa da Azərbaycana qarşı təzyiqləri artırır ki, bundan da sabah erməni lobbisi məharətlə istifadə edəcək. Həmçinin təzyiqlərin artması ilə paralel olaraq ATƏT-in Mİnsk qrupu olan iki dövlət artıq tərəfə çevrilir. Bu gün Dağlıq Qarabağ problemini həll etməli olan ATƏT-in Minsk qrupunun iki üzvünün məsələyə obyektiv yanaşacağına, hətta özləri də inanmır. Məhz bu mərhələ də ABŞ dövlət Katibi Hillari Klintonun regiona gəlməsi ciddi məsələdir. Bununla bağlı ABŞ-in tanınmış analitiki Denis Korboyun maraqlı fikirlərlə çıxış edib. O, qeyd edir ki, dövlət katibi Hillari Klintonun bu həftə Ermənistan, Azərbaycan və Gürcüstana səfəri yerinə düşür: "Qafqaz regionunda konfrontasiya riski var, bu isə ABŞ və Avropanın maraqlarına təsir edə bilər. Bu səbəbdən regiona mütəmadi olaraq yüksək səviyyədə diqqət ayırmaq lazımdır".
Müəllif Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başlanması ehtimalının yüksək olduğunu vurğulayır: "ATƏT bütün tərəfələri qane edə biləcək həll yolu tapmağa çalışır, lakin danışıqlar çoxdan dalana dirənib. Kövrək atəşkəs rejimi tez-tez pozulur. Rusiya Ermənistanı silahlandırır və bu ölkədə hərbi baza saxlayır. Azərbaycan öz zəngin neft ehtiyatlarını silahlanmaya sərf edir, bu ölkənin müttəfiqi Türkiyə isə 10 ildən artıqdır ki, Ermənistanla sərhədləri bağlayıb. Dağlıq Qarabağ münaqişəsinin donu qəfil açıla bilər".
Denis Korboy qeyd edir ki, dövlət katibi Hillari Klintonun regiona səfəri bu gərginliyi azaltmalı və Qərbin münaqişənin və qarşıdurmanın aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərəcəyinə qarantiya verməlidir.
Gördüyünz kimi, analitik də hesab edir ki, bu gün qərb-Azərbaycan münasibətləri kifayət qədər gərgindir və dövlət katibinin əsas vəzifələrindən biri də bu münasibətləri bərpa etməkdir. Çünki münasibətlər nə qədər gərginləşərsə Azərbaycan Avropadan o qədər uzaqlaşacaq və Rusiyanın Azərbaycana olan hikkəsinə əsasən Azərbaycan sabah Rusiya qarşısında daha ağır şərtləri qəbul etməli olacaq ki, bu da regiona olan yanaşmanı alt-üst edəcək. Bəs ABŞ bu missiyanı yerinə yetirə biləcəkmi? Ekspertlər hesab edir ki, son bir il ərzində ABŞ regionda həssaslıq nümayiş etdirir və Azərbaycanla olan gərgin münasibətlərini qaydaya sala bilib. Bundan sonrakı mərhələ də ən azı dağlı Qarabağ məsələsində mövcud balansın saxlanmasına çalışacaq. Bunun üçün sözsüz ki, Azərbaycan və qərblə danışıqların yeni mərhələsi başlasın. Çünki bu mərhələ başlamasa müharibənin yenidən başlaması an məsələsi ola bilər. Bunu da qeyd edək ki, artıq Avropanın başı üzərini iqtisadi inflyasiyanın ikinci mərhələsi alıb və Avropa bunu nəzərə almaya bilməz. Çünki Azərbaycan qərbin enerji təhlükəsizliyinin əsas təminatçılarından biri sayılır və qərb təzyiqləri artırarsa Azərbaycan bu əməkdaşlıqdan ümumiyyətlə imtina edə bilər. Necə ki, bir neçə gün öncə Prezident Admnistrasiyasının şöbə müdiri Əli Həsənov Avropa ilə şərq tərəfdaşlığı proqramından danışarkən "başınıza dəysin əməkdaşlığınız "-ifadəsi kifayət qədər ciddi qəbul olunmalıdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40