MMP sədrindən İctimai Palataya sərt ittihamlar
12:05 05-06-2012
SİYASƏT
MMP sədrindən İctimai Palataya sərt ittihamlar
Hafiz Hacıyev: "İsveçdə erməni diasporunun sədri Arem Manikunyan "Azərbaycan Saatı" verilişinə hər ay 300 min avro pul ayırır"
"Təəssüf ki, müxalif partiya olaraq özünü "ana müxalifət" adlandıran AXCP və Müsavat partiyaları ilə danışıqlarımız onların rəhbərlərinin xəyanəti ucbatından uğursuz, səmərəsiz alındı". Bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev dünən Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, həmin partiyaların rəhbərləri İsa Qəmbər və Əli Kərimli imkan vermirlər ki, Azərbaycanda sağlam müxalifət, sağlam qüvvələr bir araya gəlsin. Onun sözlərinə görə, onunla yanaşı müxalif liderlərdən Lalə Şövkət Hacıyevanı, Sərdar Cəlaloğlunu, İqbal Ağazadəni və digər liderlərin də bir araya gəlməsinə əngəl olan, birliyə xəyanət edən İsa Qəmbər və Əli Kərimlidir. "Müsavat və AXCP-nin sədrləri xəyanətkarcasına Azərbaycan müxalifətinin birləşməsinə imkan vermirlər. Biz birləşmək uğrunda həm İsa Qəmbərlə, həm də Əli Kərimli ilə çox danışıqlar apardıq, amma sonda görəndə ki, bunlar müxalifətin bir araya gəlməsini istəmirlər məcbur olduq ki, onların bu xəyanətdə səbəbkar kimi adlarını açıq elan edək. Bu gün Əli Kərimli və İsa Qəmbərlə bağlı əlimizdə xeyli faktlar var və bunun hamısını mütəmadi olaraq açacağam".
MMP sədri deyib ki, həmin şəxslərin əli ilə Azərbaycan dövləti hərraca çıxarılır. "Biz buna imkan verməyəcəyik".
Onun sözlərinə görə, əlində faktlar var ki, Əli Kərimli və İsa Qəmbər Avropada adını ingilis və fransız adına dəyişmiş erməni diaspora rəhbərləri vasitəsi ilə Azərbaycanda qarışıqlıq yaradıb hansısa yolla hakimiyyətə gəlmək istəyirlər. "Biz uzun müddət Pənah Hüseyn, İsa Qəmbər, xüsusilə də Əli Kərimli ilə müşavirləri vasitəsilə xeyli söhbətlər apardıq. Uzun çək-çevirdən sonra onların bir sözü oldu ki, "qoyun görək biz kimə lazımıq...". Yəni onlar bu meyarı əsas götürərək əsas müxalifətin birləşməsi üçün bizə imkan vermədilər. Özləri də gördülər ki, ikisi bir yerdə İctimai Palata adı altında meydana heç 1000 nəfər çıxara bilmədilər, amma biz bir yerdə olsaq bundan bir neçə dəfə artıq adam çıxara bilərdik. Deməli, onların məqsədi demokratiya uğrunda mübarizə yox, kimlərinsə konkret sifarişini yerinə yetirməkdir".
H.Hacıyev onu da deyib ki, bütün bunlara əsasən partiyası qərara gəlib ki, Azərbaycanda bu cür separatçı qüvvələri ifşa etsin. "Avropada tanınmış kanalların birində Azərbaycan saatı yaradılıb. Yayımlanan veriliş başdan-ayağa qədər Azərbaycanın əleyhinə ağzına gələni deyir və Müsavata AXCP-yə istinad edir. Biz bunu araşdırdıq və gəlin görək kimdir bu layihəni maliyyələşdirən? Ermənilərdir. Fakt və ad da deyə bilərəm. İsveçdə erməni diasporunun sədri Arem Manikunyan var və bu şəxs həmin veriliş yayımlanması üçün o televiziyaya hər ay 300 min avro pul ayırır. Bundan Əli Kərimli və İsa Qəmbər də təbii ki, "qidalanır". Hər ikisinin ailəsi Avropada kef çəkir, övladları Avropanın bahalı ali məktəblərində oxuyur. Hansı yolla? Necə? Digər bir fakt: Fransada erməni diasporunun sədri olan Tiqran Ovanesyan var, öz adamlarını "Eurovision" ərəfəsində Bakıya göndərmişdi. Məqsəd burada xaos yaratmaq, narazı qüvvələrdən öz məqsədləri üçün istifadə etmək idi. Onlar Bakıda bu iki partiyanın - Müsavat və AXCP sədrlərinin əli ilə hərəkət ediblər. Onlar bu iki partiyaya hər cür dəstək verirdilər ki, "nə edirsiniz edin, Bakıda aranı qarışdırın". Bax hər iki partiyanın məqsədləri bundan ibarətdir".
H.Hacıyev deyib ki, dəfələrlə müraciət etməsinə baxmayaraq Avropa İttifaqının Bakı nümayəndəliyi bir dəfə olsun onu və digər müxalif liderləri qəbul etmir, amma demək olar ki, hər gün Əli Kərimli və İsa Qəmbərlə görüşür. "Ona görə ki, onların sifarişlərini biz yox, o iki partiyanın liderləri yerinə yetirir".
Savalan
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35