"İndi əsas məsələ evlənməkdir"
12:06 05-06-2012
CƏMİYYƏT
"İndi əsas məsələ evlənməkdir"
Bəxtiyar Hacıyev: "Xaricdən qayıdandan sonra ictimai fəaliyyətimi davam etdirəcəm"
Həbsdə olan gənc fəal, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev dünən Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı. Azadlığa çıxdıqdan sonra Bəxtiyar Hacıyev ilk açıqlamasını verib.
O, bildirib ki, xaricə gedəcək, müalicə və istirahətdən sonra vətənə qayıdacaq: "Əvvəlcə xaricə gedəcəm. Həm ona görə ki, həbsdən çıxmışam, müxtəlif xəstəliklərim ola bilər. Müayinədən keçəcəm. Həm də istirahət edəcəm. Qayıdandan sonra vəziyyəti dəyərləndirəcəm. Mənim siyasi fəaliyyətim yoxdur. İctimai fəaliyyətim var, qayıdandan sonra ictimai fəaliyyətimi davam etdirəcəm".
Bəxtiyar Hacıyev evlənmək istədiyini də bildirib: "İndi əsas məqsədim yaxşıca istirahət etməkdir, imkan olsa xaricə də yollanacağam. Gündəlikdəki əsas məsələ isə evlənməkdir. Düzdü, yaxın gələcəkdə olacağına inanmıram, amma bu, əsas məsələ olaraq qalır".
O daha sonra iddia edib ki, onun həbsi siyasi qərar olub. "Necə həbs edilmişdimsə, eləcə də buraxıldım".
O azadlığa buraxılmasında prezident İlham Əliyevə müraciətinin təsiri olduğunu da istisna etməyib: "Yəqin bunun da təsiri olub".
Bəxtiyar Hacıyev azadlığa buraxılması üçün dövlət başçısına müraciətin birmənalı qarşılanmaması haqda sualı da belə cavablandırıb: "Ola bilər".
"Azadlıqda olmaq çox yaxşı hissdir". Bunu da Bəxtiyar Hacıyev deyib.
O, həmçinin qeyd edib ki bundan sonra hüquq müdafiəçisi olmayacaq.
Digər Xəbərlər
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53