Çimərliklərdə istirahət neçəyə başa gəlir?
11:42 06-06-2012
CƏMİYYƏT
Çimərliklərdə istirahət neçəyə başa gəlir?
Şəhər mağazalarında 40 qəpiyə satılan günəbaxan tumu sahildə 1 manata təklif edilir
Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərində aparılan monitorinqin nəticələrinə görə, 2 çimərlikdə, Qaradağ və Səbail rayonu ərazisində yerləşən "Sahil" və "Şıx" çimərliklərində suyunda bakterioloji çirklənmə müşahidə olunub. Yəni həmin ərazilərdə suda bağırsaq çöpləri miqdardan artıq aşkarlanıb. Bununla da həmin çimərliklərdə çimmək qadağan edilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovun verdiyi məlumata görə, bu çimərliklərdə çimmək insan orqanizmi üçün çox təhlükəlidir.
"Unikal"ın əməkdaşları çimmək qadağan edilmiş Şıx çimərliyində olub. Baxmayaraq ki, bu çimərlikdə çimmək qadağan idi, bura istirahətə gələnlərin sayı heç də az deyildi. Bəzilər bu qadağaya heç əhəmiyyət vermir, bəziləri isə qadağa haqqında ümumiyyətlə məlumatsız idilər.
Şıx çimərliyində ailəvi gələn bir neçə nəfərlə söhbətimizdə onların bağırsaq çöpü bakteriyası haqqında onun insan orqanizmində yol açacağı fəsadlar barədə məlumatsız olduqlarını müşahidə etdik.
Məlumat üçün onu bildirək ki, bağırsaq çöpləri adından da göründüyü kimi insan orqanizminə düşdüyü təqdirdə mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Bu xəstəliklər də ağır nəticələrə gətirib çıxara bilər.
Bundan əlavə bakterioloji cəhətdən çirklənmiş su insan dərisinə mənfi təsir edir. Əgər insanın dərisində hansısa yara olarsa bu daha ağır nəticələr verə bilər.
Şıx çimərliyində çimmək qadağan edilsə də burada ticarət şıdırğı gedirdi. Şıx çimərliyində günəş şüasından qorunmaq üçün çətir 5 manata, 4 nəfərlik stol və stul 10 manata icarəyə götürmək olar. Şıx çimərliyində 200 qramlıq dondurma 2 manata, şəhərdə 20 qəpiyə satılan su isə 50 qəpiyə almaq olar. Çimərlikə çay dəstgahı 10 manata təklif edilir.
Şıx çimərliyində bişmiş qarğıdalının bir dənəsi 1 manat 50 qəpiyə, şəhər mağazalarında 40 qəpiyə satılan günəbaxan tumlarını 1 manata, 80 qəpiklik siqaret 1 manat 30 qəpiyə almaq mümkündür.
Dəniz motosikleti ilə səyahət isə müddətindən asılı olaraq 5 manatdan başlayır.
Daha sonra çimərliklərdəki vəziyyətlə tanış olmaq üz tutduq Novxanı çimərliyinə. Şıx çimərliyinə nisbətən burada dincələnlərin sayı daha çox idi. Burada qiymələr isə eynilə Şıx çimərliyində olduğu kimi idi. Ancaq Novxanı çimərliyində sakinlərin əylənməsi üçün digər əyləncələr də var. Novxanı çimərliyində at və dəvə ilə gəzinti mümkündür. Atla gəzinti 2, xatirə şəkli çəkdirmək 1 manata, dəvə ilə gəzinti 5, xatirə şəkli çəkdirmək isə 2 manata idi.
Beləliklə Bakının şəhər mərkəzinə ən yaxın olan iki çimərliyi-Şıx vəNovxanı çimərliyindəki qiymətləri əsas götürərək sizə 4 nəfərdən ibarət ailənin çimərlikdə istirahət etməsinin neçəyə başa gəlməsini təqdim edirik:
1.Stol və stullar 8-10 manat. Onlardan 3-4 saat istifadə etmək olar.
2.Çətir 3-5 manat.
3.Avtomobillə çimərliyə girməsi üçün bəzi yerlərdə 1, bəzi yerlərdə isə 2 manat pul tələb olunur.
4.Kafelərdə satılan kabablar 5 manatdan başlayır.
5.Dondurmalar 1, 2, 3, 5 və daha baha qiymətə satılır.
6.Adi sular 50 qəpikdən satılır.
7.Qarğıdalı 1 manat 50 qəpik.
8.Günəbaxan tumları 1 manatdan satılır.
9.At üzərində gəzmək 2 manat, xatirə şəkli çəkdirmək 1 manat.
10.Dəvə üzərində gəzmək 5 manat, xatirə şəkli çəkdirmək 2 manat.
11.Sadə çay 5, çay dəstgahı isə 10 manatdan başlayır.
Bu qiymətləri nəzərə alaraq belə nəticə çıxarmaq olar ki, 4 nəfərdən ibarət ailə çimərlikdə bir gün istirahət etmək üçün minimum 60, maksimum isə 100 manat ödəməlidir. Bunu nəzərə alaraq çimərliyiə gedəndə əliniz cibinizdə olsun ki, ailə üzvləriniz yanında üzüqara qalmayasınız.
Savalan
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33